Volkan Konak vəfat edib
Prezident 31 Martla bağlı paylaşım edib
Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib


28.03.2025  11:32 

Baratın barıtı... - Məşhur həkimlər bir-birini təhqir etdi





A+  A-

Son günlər səhiyyə sektorunda ciddi mübahisə yaranıb. Yeni Klinikanın direktoru Barat Yusubov sosial şəbəkədə həmkarlarına qarşı sərt ifadələr işlədib. Buna səbəb Bakupost.az saytında yayımlanan və səhiyyə sistemindəki bəzi problemləri gündəmə gətirən “Xəstələr niyə eyni klinikalara yönləndirilir? – İnfantil səhiyyənin səbəbkarları” adlı məqalə olub.

Sözügedən məqalə Bakı Medical Plazanın baş həkimi Elxan Bəşirov, Mediland Hospitalın direktoru Qulam Rüstəmzadə, invaziv kardioloq Vüqar Zamanov və digər tanınmış həkimlər tərəfindən paylaşılıb. Bunun ardından Barat Yusubov öz Facebook hesabında buna sərt reaksiya verib.

“Bir həkimin şər və böhtanı tirajlaması şərəfsizlikdir”

“Bir jurnalistin nə yazmağına heç vaxt əhəmiyyət verməmişəm. Onun işi yazmaqdır. Doğru yazarsa, mükafatını alacaq, yalan yazarsa – ya bu dünyada, ya da o dünyada cəzasını çəkəcək. Amma bir həkimin həqiqəti əks etdirməyən, yalnız ehtimallara əsaslanan şər və böhtanı tirajlaması – bu artıq şərəfsizlikdir.”

Barat Yusubovun bu açıqlamaları həmkarları tərəfindən birmənalı qarşılanmayıb. Onun reaksiyasını məqalədə ifşa olunması ilə əlaqələndirənlər olub.

“Ən böyük şərəfsizlik budur!”

İlk sərt cavab invaziv kardioloq Vüqar Zamanovdan gəlib. O, Barat Yusifovu birbaşa ittiham edib:

“Ən böyük problem tutduğu postdan (oturduğu kreslodan) istifadə edərək kurasiyasında olan bəzi özəl xəstəxanalara məcburi göndərmələrdir. Bu birbaşa dövlətin milyonlarla manat ayırdığı sığorta sisteminə, digər özəl xəstəxanaların sağlam rəqabətinə xəyanətdir. Təsəvvür edin, 103 (təcili yardım xidməti) infarkt keçirən xəstəni xəstənin istədiyi yerə deyil, məcburi olaraq filankəsin kurasiyasında olan bir yerə aparır. Buna özüm şahidəm. Məncə, ən böyük ŞƏRƏFSİZLİK elə budur…”

“Səhiyyə makleri həkimə şərəfdən danışırsa, demək ki, həddini aşıb”

Məsələyə Mediland Hospitalın direktoru Qulam Rüstəmzadə də münasibət bildirib və Barat Yusubovu “səhiyyə makleri” adlandıraraq sərt ittihamlar səsləndirib:

“Bir səhiyyə makleri bir həkimə şərəfdən danışırsa, demək ki, həddini aşıb. Klinikaların adlarının hallanması doğru sayılmaz, çünki hər bir klinikada sözün əsl mənasında “hoca” adlana bilən ixtisasçılar var.

“Amma bu mövzuda yaxın keçmişdə KOBİA təşkilatçılığı ilə İTS, Səhiyyə Nazirliyi, Antiinhisar Xidməti və digər dövlət qurumlarının iştirakı ilə dəyirmi masa keçirilibsə, demək ki, orada toplaşanlar boş-bekar adamlar imiş. Əgər bu gün sığorta tibbinin bütün prinsipləri kökündən təhrif olunursa, Mİ keçirmiş birisi (infarkt və ya insult keçirmiş xəstə) sənəd arxasınca şəhəri dolaşırsa, bu xəstənin “yönləndirilməsini” biznesə çevirənlər ən “şərəflilərdir”.

Müzakirələr davam edir...

Bu açıqlamalar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər səhiyyədəki bu problemlərin ciddi araşdırılmalı olduğunu bildirir, digərləri isə qalmaqalın peşəkar müstəvidən kənara çıxdığını düşünür.

Hələ ki, Barat Yusubov bu sərt ittihamlara cavab verməyib. Mübahisənin rəsmi səviyyədə hansı nəticələr doğuracağı və səhiyyə qurumlarının bu məsələyə münasibətinin necə olacağı isə maraqla gözlənilir.

Eyni zamanda, məqaləni yayan saytın Barat Yusifovun açdığı təhqir yağışına cavabı da yəqin özünü çox gözlətməyəcək…

Bütün hallarda Barat barıtı bir az çox edib; haranın partlayacağını ehtimal etmək isə çətin deyil.

Nurlan
Medicina.az



Xəbər 667 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.03.2025  09:31 

Volkan Konak vəfat edib

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +