Ramazan ayının 25-ci günü
Parisdə Novruz qeyd olundu - Foto
Qəzada ölən soydaşımızın yaxınları axtarılır
İmamoğlunun həbsinə görə aksiyalara qoşulmayın... - Müraciət
Ermənidən daha çox ermənilik edən azərbaycanlı kimdir?
İtkin düşmüş üç rəfiqədən daha biri tapılıb.
Sabah hava necə olacaq?
Əli Əhmədova ağır itki üz verib
“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq


26.10.2023  21:06 

Əli Əsədov Gürcü həmkarı ilə görüşüb





A+  A-

Oktyabrın 26-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Tbilisiyə işgüzar səfəri çərçivəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

Xəzərnews.az Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ə.Əsədov Gürcüstan paytaxtında keçirilən Tbilisi İpək Yolu Forumuna dəvətə görə təşəkkürünü bildirib, regional və qlobal gündəlikdə duran iqtisadi və nəqliyyat məsələlərinin müzakirəsi baxımından tədbirin əhəmiyyətini vurğulayıb.

Görüşdə iki ölkə arasında dövlətlərarası əlaqələrin inkişafından məmnunluq ifadə olunub, Prezident İlham Əliyevin və Baş nazir İrakli Qaribaşvilinin birgə səyləri nəticəsində strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli xarakter aldığı bildirilib.

Tərəflər ticarət-iqtisadi əməkdaşlığı təqdir edərək, cari ilin 9 ayında qarşılıqlı ticarətin həcminin 12 faizdən çox artdığını vurğulayıblar.

İnvestisiya əməkdaşlığının artırılmasının vacibliyi qeyd olunaraq Azərbaycanın Gürcüstanın ən böyük investorlarından biri olduğu məmnunluqla vurğulanıb. Həmçinin ölkəmizdə əlverişli investisiya mühiti barədə məlumat verilib.

Enerji sektoru ikitərəfli əməkdaşlığın əsas prioritetlərindən biri kimi qiymətləndirilib. Bildirilib ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi layihələri həm Azərbaycanın, həm də Gürcüstanın iqtisadi tərəqqisinə mühüm töhfə verir.

Azərbaycan və Gürcüstanın birgə həyata keçirdikləri enerji və nəqliyyat layihələrinin Cənubi Qafqazın transformasiyasına xidmət etdiyi, regionun siyasi, iqtisadi, nəqliyyat və enerji xəritəsini dəyişdiyi bildirilib.

Tərəflər hər iki ölkənin ərazilərindən keçən nəqliyyat dəhlizlərinin potensialının genişləndirilməsinə böyük əhəmiyyət verdiklərini təsdiqləyərək Orta Dəhlizin artan əhəmiyyətini xüsusi vurğulayıblar.

Azərbaycan və Gürcüstandakı dəniz limanları Orta Dəhlizin mühüm halqaları kimi qiymətləndirilib. Liman infrastrukturu sahəsində əməkdaşlığın genişləndirilməsinin Orta Dəhlizin inkişafına xidmət edəcəyinə əminlik ifadə olunub.

Eyni zamanda, hər iki ölkənin iştirakı ilə həyata keçirilən “Yaşıl enerji dəhlizi" layihəsinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verəcəyi bildirilib.

Ə.Əsədov Gürcüstanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin geniş qeyd edilməsinə görə təşəkkürünü ifadə edib. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ay Gürcüstana işgüzar səfəri çərçivəsində Tbilisidə Ulu Öndərin anadan olmasının 100 illiyinə həsr edilmiş fotosərginin təşkilinin əhəmiyyəti vurğulanıb.

Görüş zamanı iki ölkə arasında həyata keçirilən konkret layihələr nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran müxtəlif istiqamətlərdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Xəbər 1762 dəfə oxunub.




24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto

24.03.2025  13:00 

Sabah hava necə olacaq?

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub


BÜTÜN XƏBƏRLƏR +