İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub


05.01.2022  14:26 

Uşaqlar arasında kütləvi virus təhlükəli həddə...





A+  A-

"Son günlər uşaqlar arasında yayılan virus adi qrip - "influenza” virusunun A və ya B ştamıdır”.

XəzərNews.az xəbər verir ki, bunu "Report”a açıqlamasında həkim-pediatr Vəfa Hüseynova deyib.

Onun sözlərinə görə, bəziləri bunu mənşəyi bilinməyən və təhlükəli virus adlandırsa da, "influenza”nın A və ya B ştamları tibb elminə neçə illərdir məlumdur və hər il payız-qış mövsümündə uşaqlar arasında yayılır.

Həkim qeyd edib ki, bu, koronavirus deyil, bilinən qrip virusudur: "Valideynlərə tövsiyə edərdim ki, uşaqlar yoluxduğu halda gecikdirmədən həkimə müraciət etsinlər. İlk asqırmada, öskürək, göz sulanması və hər hansı narahatlıq olan kimi həkimə müraciət edilməlidir. Çünki bəzən valideynlər uşaqlarını türkə-çarə üsulu ilə müalicə edib vaxt itirirlər. Bu isə gecikdirilmiş mərhələdə müalicə müddətinin uzanması deməkdir. Əgər erkən mərhələdə həkimə müraciət edilsə, onda həm test vaxtında götürülə, həm də lazımi müayinə-müalicə üsulu həyata keçirilər”.

V.Hüseynova bildirib ki, gecikmiş mərhələdə testin cavabında virusa yoluxma halı müşahidə olunmur: "Çünki virus yuxarı tənəffüs yollarından aşağı düşəndən sonra pozitiv cavab almaq mümkünsüz olur. Ona görə də erkən mərhələdə həkimə müraciət etmək tövsiyə olunur”.

Həkim-pediatr uşaqların həddindən artıq qapalı mühitdə saxlanılmasının tərəfdarı olmadığını söyləyib: "Pandemiya dövründə uşaqlar xeyli müddət qapalı şəraitdə qalıblar. Sonradan ictimai obyektlərin, məktəb və bağçaların açılması virusa yolxumaların artmasına zəmin yaratdı. Hazırda uşaqların immuniteti çox zəifdir. Açıq havada az vaxt keçirdiklərindən və vitamin az qəbul etdiklərindən valideynlər payız-qış mövsümündə daha diqqətli olmalıdırlar”.


Xəbər 1565 dəfə oxunub.




22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +