Avropanın öz təhlükəsizliyinə ehtiyacı var - Tusk
ABŞ vətəndaşı Moskvada narkotiklə saxlanılıb
Bakıda daha bir böyük söküntü başlayır
FHN-ə işə düzəltmək adı 7800 manatını mənimsədi
Bakıda beşmərtəbəli binada yanğın başlayıb
“Diqtə edilmiş sülh qəbul edilməyəcək” - Şolz
Rusiya 15 yeni diviziya yaradır - Zelenski
Əliyev Vuçiçə təbrik məktubu göndərdi
Rusiya Çernobılı raketlə vurdu, yanğın çıxdı
Annalena Baerbok Trampa qarşı


14.02.2025  21:16 

Zaxarova haqlıdır, amma...





A+  A-

Qroznı səmasında vurulan Azərbaycan təyyarəsindən danışan Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova təyyarə faciəsindən Rusiya və Azərbaycan arasında münasibətləri pisləşdirmək üçün istifadə cəhdlərinin olduğunu söyləyib.

O, bu məsələdə haqlıdır. Ancaq onun haqlılığı yarımçıq və qeyri-səmimi xarakter daşıyır. Çünki xanım Zaxarova Rusiya və Azərbaycan arasında münasibətləri pisləşdirmək üçün istifadə cəhdlərinin ilk növbədə Rusiyanın öz deputatları, politoloqları, tv-aparıcıları, blogerləri, hərbi ekspertləri tərəfindən edildiyini etiraf etməyib.

Zaxarova sadəcə ümumi və ünvansız sözlər söyləyib. Deyib ki, təyyarə faciəsindən Rusiya və Azərbaycan arasında münasibətləri pisləşdirmək üçün istifadə cəhdləri uğursuzluğa məhkumdur.

Sitat: "Təyyarə qəzası nəticəsində həm Azərbaycan, həm də bizim vətəndaşlarımız həyatlarını itiriblər. Bu faciə həm orada, həm də bizdə dərindən hiss olunur. Amma buna baxmayaraq, bəziləri bunun üzərindən öz maraqlarını güdməyə çalışırlar. Xalqlar, xüsusən də ortaq tarix və regionda ümumi məsuliyyət zonasına sahib ölkələr arasında nifaq salmaq cəhdləri uğursuz olacaq".
(sitat bitdi)

Əgər Zaxarova həqiqətən də bəzilərinin təyyarə qəzası üzərindən Rusiya-Azərbaycan münasibətlərini pisləşdirmək üçün istifadə etmələrini istəmirsə, o zaman buyursun öz "boss"u Lavrova, o da öz "patron"u Putinə desin ki, birinci növbədə son günlər gecə-gündüz dayanmadan Azərbaycanın ünvanına təhqirlər yağdıran, təhdidlər səsləndirən Rusiya propaqandistlərinin ağızlarını yummaq lazımdır.

Bəli, ilk addım bundan başlamalıdır. Daha sonra təyyarə faciəsinin günahkarları cəzalandırılmalı və faciə qurbanlarının ailələrinə də təzminat ödənilməlidir.

Bir sözlə, Rusiya-Azərbaycan münasibətlərinin normallaşdırılmasına Rusiya tərəfi ilk növbədə özündən başlamalı, öz üzərinə düşən öhdəlikləri səmimi şəkildə, əsl müttəfiq kimi yerinə yetirməlidir.

Məsələnin həlli, bax, bu qədər sadədir.

Bəybala Mirzəyev

Xəbər 517 dəfə oxunub.




15.02.2025  16:19 

Əməkdar jurnalist vəfat ETDİ

15.02.2025  13:17 

Annalena Baerbok Trampa qarşı

15.02.2025  12:56 

Sabah hava yağmursuz keçəcək

14.02.2025  21:16 

Zaxarova haqlıdır, amma...


BÜTÜN XƏBƏRLƏR +