Ramazan ayının 25-ci günü
Parisdə Novruz qeyd olundu - Foto
Qəzada ölən soydaşımızın yaxınları axtarılır
İmamoğlunun həbsinə görə aksiyalara qoşulmayın... - Müraciət
Ermənidən daha çox ermənilik edən azərbaycanlı kimdir?
İtkin düşmüş üç rəfiqədən daha biri tapılıb.
Sabah hava necə olacaq?
Əli Əhmədova ağır itki üz verib
“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq


03.03.2022  22:19 

Zelenskidən duyğusal açıqlamalar - Çox çətinliklərlə üz-üzəyik...





A+  A-

“Mən Prezident olmasaydım, mülki müdafiə birliklərinə qatılardım. Mən sülhsevər bir insanam. Ortaya çıxdı ki, mən konstitusiyanın deyil, xalqımın da qoruyucusuyam”.

XəzərNews.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski mətbuata açıqlamasında deyib.

“Prezident olmasam, orduya qatılardım, qida paylayardım, atəş edərdim. İnsanları öldürmə vasitəsilə buraya göndərilmisinizsə və nəticədə nəşinizin əridilibsə, o anaların buraya gəlməsinə icazə verilməlidir.

Mən də insanam. Bütün insanlar kimi, hamımız yaşamaq istəyirik. Məncə, ölməkdən qorxmayan yoxdur. Əgər varsa, bu sağlam yanaşma deyil. Birini müharibəyə göndərirsiniz, heç bir hissiyatınız yoxdursa, bu normal deyil.

Ona görə hər insan kimi mən də qorxuram. Ailəmin həyatı, öz həyatım üçün narahatlıq duyuram. Prezident olduğum üçün də qorxmağa haqqım yoxdur. Bunu içimdə hiss etsəm də, bəzi anlarda belə bir lüksüm yoxdur.

Güclü duruş nümayiş etdirməsəniz, Aİ və NATO-nu nəzərdə tuturam, eyni dəyərləri paylaşdığımızdan əmin ola bilmərik. Dəyərlərin birləşdirilməsi çox vacibdir. Bu ittifaqların gücü müharibənin qarşısını almaqda gizlidir. Əgər mübarizə aparmasan,insanları itirməyə davam edəcəyik. Sanksiyalar çox ciddidir, bu yaxşı bir başlanğıcdır”, - Zelenski deyib.

“Xarkovda kilsəni vurdular. Rusiya Prezidenti çıxıb dedi ki, çox çətinliklərlə üz-üzəyik, milliyyətçilər var, bir kilsə başqa kilsənin azadlığına əl uzadır” - deyən Zelenski əlavə edib ki, gedib kilsənin yanına bomba atdılar Xarkovda. Bir rus bombası Moskva Patriarxlığının tabeliyindəki bir kilsəni vurdu. Orada abidəni belə bombalayırlar. Beş nəfər, böyük bir ailə öldü orada. Biz hərbi infrastrukturu hədəf alırıq dedilər, buna nə cavab verə bilərsiniz ki?

Hava məkanı qapadılsın deyə çağırış etdim. Baydenə dedim, Şoltsa, Makrona dedim. Çox xatırlamıram, hər gün 20-23 görüş keçirirəm beynəlxalq liderlərlə. “Əgər indi hava məkanını bağlaya bilmirsinizsə, nə vaxt qapada biləcəyinizi deyin” deyirəm. Daha neçə insan öləcək? Neçə insan əzalarını itirəndə anlayacaqsınız? Biz də o say düzələnə qədər gözləyək! İndi yenə hava məkanının bağlanmasını istəyirəm. Bunu edəcək gücünüz yoxdursa, mənə təyyarələr verin. Bu, ədalətli deyilmi?

Dünya Ukraynaya kömək etmək üçün çox gecikdi. Məni bağışlayın, öz xalqları da dedi. Dünyadakı hər meydanda insanlar bizə dəstək verdi. Çünki onlar insandırlar. Bir çoxu Ukraynanı sevir. Bu liderlər bu günün dünyasında bir insan övladının heyvan kimi davranmasını gözləmirdi”, - o qeyd edib.

Zelenski mətbuata açıqlamasında deyib ki, onların hədəfi bir milləti dizlərinin üstünə çökdürməkdir.

Ukrayna lideri bildirib ki, burada insanların kökləri, ya da dili fərq etmədən, insanların özlərini bərabər hiss edəcəyi bir cəmiyyət yaradırlar:

“Biz NATO üzvü deyilik. Bizim nüvə silahımız yoxdur ki, nə verim onlara? Nə istəyirsiniz bizdən?”

Xəbər 1742 dəfə oxunub.




24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto

24.03.2025  13:00 

Sabah hava necə olacaq?

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub


BÜTÜN XƏBƏRLƏR +