Ramazan ayının 25-ci günü
Parisdə Novruz qeyd olundu - Foto
Qəzada ölən soydaşımızın yaxınları axtarılır
İmamoğlunun həbsinə görə aksiyalara qoşulmayın... - Müraciət
Ermənidən daha çox ermənilik edən azərbaycanlı kimdir?
İtkin düşmüş üç rəfiqədən daha biri tapılıb.
Sabah hava necə olacaq?
Əli Əhmədova ağır itki üz verib
“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq


01.10.2021  16:24 

“Nar”ın sponsorluğu ilə Azərbaycan çempionluğu başlayır





A+  A-

“Nar”ın baş sponsorluğu ilə ölkənin ən baxımlı intellektual yarışı olan “Breyn Rinq”in 18-ci mövsümü start götürür.
Bilik yarışının builki mövsümündə respublikanın 6 bölgəsi və 6 ali məktəbini təmsil edən 16 seçilmiş komanda olimpiya sistemi üzrə “Bilik” kuboku uğrunda mübarizə aparacaq. “Bilik” kubokunu qazanan komanda isə ötən mövsüm qalib olmuş “Nar” komandası ilə “Breyn Rinq 2021” Azərbaycan çempionu titulu uğrunda mübarizə aparacaq. Oktyabrın 1-dən start götürəcək yarış hər həftənin cümə günü saat 19:20-də İctimai Televiziyada yayımlanacaq. Qeyd edək ki, mobil operator builki mövsümdə də “Nar” və işğaldan azad edilmiş bölgələrin intellektuallarının birləşdiyi “Qarabağ” komandalarını dəstəkləyəcək.

Televiziya tamaşaçılarını da yarışa cəlb etmək məqsədilə, bu il də “Nar”ın “Twitter” səhifəsində yarış keçiriləcək. Hər zaman gənclərin intellektual inkişafına xüsusi önəm verən “Nar”, artıq 9 ildir ki, “Breyn Rinq” intellektual yarışının baş sponsorudur. “Nar”ın digər layihələri haqqında ətraflı nar.az səhifəsində tanış olmaq olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir və 8780-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib.

XəzərNews

Xəbər 2130 dəfə oxunub.




24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto

24.03.2025  13:00 

Sabah hava necə olacaq?

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub


BÜTÜN XƏBƏRLƏR +