Ramazan ayının 25-ci günü
Parisdə Novruz qeyd olundu - Foto
Qəzada ölən soydaşımızın yaxınları axtarılır
İmamoğlunun həbsinə görə aksiyalara qoşulmayın... - Müraciət
Ermənidən daha çox ermənilik edən azərbaycanlı kimdir?
İtkin düşmüş üç rəfiqədən daha biri tapılıb.
Sabah hava necə olacaq?
Əli Əhmədova ağır itki üz verib
“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq


26.05.2017  16:58 

Hakimiyyət Əli Abbasovu niyə bağışladı? - Pərdəarxası





A+  A-

"Şəxsi xərclərim ayda 200-300 min idi...”
"Müavinlərə ayda 30 min, son iki ildə 50 min paket verilirdi...”

"Hazırda evimdəyəm, barəmdə cinayət işi açılmayıb...”

..Bu tezislər sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun ayrı-ayrı vaxtlarda istintaqa və mediaya dedikləridir.
Keçmiş nazir bu etiraflarına baxmayaraq Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) müşavir təyin olunub.

Onun nazir postuna kimi yüksəlişi təsadüfi olmayıb. 2000-ci ildən Milli Məclisin deputatı olmuş Əli Abbasov, nazir vəzifəsini əldə etmək istiqamətində uzun müddət gizli iş aparıb.

Bunun üçün o, özünü ölkə rəhbərliyinə rabitə sahəsində yeni texnologiyaların mahir bilicisi kimi təqdim etdirməyə nail olub.

Eyni zamanda sabiq rabitə naziri Nadir Əhmədova qarşı piar kampaniyasının da onun tərəfindən təşkil edildiyi istisna edilmir.

Qısası, 20 fevral 2004-cü il tarixində Əli Abbasovun nazir postuna oturması, heç də çoxlarının fikirləşdiyi kimi, qəfil baş verməyib.

"Əli Abbasovun tapşırığına əsasən, bizim idarədə bəzi əməkdaşlar "paket” alıb...”

"Əli Abbasovun yerinə keçmək istəyən İltimas Məmmədov niyə həbs edilməyib...?”

"Bir dəfə məni şəhərə gətirib Əli Abbasovla təqsirləndirilən şəxs kimi yox, şahid kimi üzləşdirdilər...”

Bu tezislər isə RYTN-nin həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalovun məhkəmədə söylədikləridir. Ancaq bir müddət keçir, susqunluğu ilə son ana qədər gözləyən Ə.Abbasov üzə çıxır.

Sabiq nazirə "yaşıl işıq” yandırılır.

Prokuror isə V.Zeynalova 14 il iş istəyir, çox güman ki, hakim azı 12 il iş kəsəcək.

İndi açıq qalan sual budur ki, siyasi hakimiyyət Ə.Abbasovu niyə əfv etdi?

Əvvəla ondan başlamaq lazımdır ki, Ə.Abbasov, İ.Məmmədov, V.Zeynalov, habelə "Aztelekom”un direktoru, "Azərpoçt” rəhbərliyi, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəisi təkcə maliyyə maxinasiyalarında ittiham olunurdu? Qətiyyən.

Rabitədəki dəstə Milli Təhlükəsizlik Nazirliyindəki kök atmış bandanın əməllərinə şərik olmaqda suçlanırdı.

Söhbət qanunsuz və gizli şəkildə vəzifəli şəxslərin dinlənilməsi, dinləyici qurğuların, cihazların yerləşdirilməsi və s. əməliyyatlarda MTN-nin sabiq şefi Eldar Mahmudovun qruplaşmasına dəstək verməkdən gedir. Amma bu ittihamlar qeyri-rəsmi idi.

Elə Ə.Abbasov özü də istintaq ifadəsində etiraf edir ki, E.Mahmudovdan qorxduğu üçün onun təlimatlarına boyun əyib.

Eks-nazir özünə bu şəkildə bəraət qazandıra bilər ki, səsini çıxara bilməyib və ölkənin onurğa sütunu olan təhlükəsizlik xidməti strukturunun rəhbərinin əmrlərinə tabe olub.

Lakin məsələnin başqa tərəfi var - Mahmudovla Abbasovun bir-birindən işi keçib, xahişləri olub, qarşılıqlı anlaşma şəraitində əməkdaşlıq ediblər.

Bu azmış kimi, təkcə qanunsuz dinləmələrdə birgə fəaliyyət olmayıb, nazirlikdə yüksək post tutan məmurlar MTN generallarına aylıq xərac veriblər.

Bu faktlar məhkəmə və istintaq materiallarında da var. Sabiq nazir özü də ləğv edilmiş MTN-ə aylıq 800-900 min manat məbləğində "paket” verdiklərini istintaqa bildirib.

Hakimiyyətin onu bağışlamasının bir detalı da vurduğu zərərləri qəpiyinə qədər ödəməsi ola bilər. Hətta V.Zeynalovun vəkili də iddia etmişdi ki, sabiq nazir 8 milyon ödəməli olub. Baxmayaraq ki, Ə.Abasovun vəkili bu informasiyanı təkzib edirdi.

(bakipost.az)

Xəbər 3209 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto

24.03.2025  13:00 

Sabah hava necə olacaq?

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub


BÜTÜN XƏBƏRLƏR +