“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir
Əhalinin banklara nə qədər kredit borcu var?
Poltavada ölənlərin sayı 7-yə çatıb, 14 yaralı var
Vəkil Adəm Məmmədovla bağlı 30 minlik İDDİA
Məşhur təşkilatın yarım milyon borcu üzə çıxdı
Seçki bitdi, şikayətlər isə bitmir...
Məntəqədə çəkiliş aparıla bilərmi?
Almaniyanın keçmiş prezidenti öldü


29.06.2017  12:28 

Natiq Əliyevi nazir postunda kim əvəz edir?





A+  A-

Hazırda mərhum energetika naziri Natiq Əliyevi heç kim əvəz etmir.
Bu barədə XəzərNews.az-a nazirliyin mətbuat xidmətinin rəhbəri Zəminə Əliyeva məlumat verib.
Qurum rəsmisi bildirib ki, nazirliyin işi əvvəlcədən planlı şəkildə qurulub:
“Nazir müavinləri Gülməmməd Cavadov və Natiq Abbasov öz istiqamətləri üzrə işləri davam etdirirlər. Bu istiqamətlər üzrə də heç bir problem yoxdur”.

Yeni nazir təyinatına gəlincə, Z.Əliyeva bu məsələnin ölkə başçısının səlahiyyətində olduğunu bildirib.

Xatırladaq ki, ürəyində problem yaranan Natiq Əliyev iyunun 3-də Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmiş, daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılmışdı. O, iyunun 6-da İstanbulun Şişli rayonunda yerləşən və kardioloji xidmətlər üzrə ixtisaslaşan "Florence Nightingale" xəstəxanasında dünyasını dəyişib.

Xəbər 1558 dəfə oxunub.




01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +