“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir
Əhalinin banklara nə qədər kredit borcu var?
Poltavada ölənlərin sayı 7-yə çatıb, 14 yaralı var
Vəkil Adəm Məmmədovla bağlı 30 minlik İDDİA
Məşhur təşkilatın yarım milyon borcu üzə çıxdı
Seçki bitdi, şikayətlər isə bitmir...
Məntəqədə çəkiliş aparıla bilərmi?
Almaniyanın keçmiş prezidenti öldü


30.05.2017  18:54 

Azərbaycan prezidenti Xorvatiyaya səfər edəcək





A+  A-

Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
XəzərNews.az xəbər verir ki, təbrikdə deyilir: "Zati-aliləri. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaq istərdim.
Bu xoş fürsətdən istifadə edərək dost Azərbaycan xalqına Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan rifah və inkişaf arzu edirəm.

Xorvatiya Respublikası Azərbaycan Respublikası ilə xalqlarımız üçün ümumi maraq kəsb edən müxtəlif sahələrdə getdikcə möhkəmlənən tərəfdaşlıq və dostluq əlaqələrini yüksək qiymətləndirir.
Mən qəti əminəm ki, hərtərəfli əməkdaşlığımızın, xüsusilə də ölkələrimizin potensialını reallaşdırmaq üçün iqtisadi əməkdaşlığımızın intensivləşdirilməsinə birgə səylərimizlə töhfə verməyə davam edəcəyik”.

Kolinda Qrabar-Kitaroviç İlham Əliyevin Xorvatiyaya səfər etmək barədə təklifi qəbul etməsindən məmnunluğunu da ifadə edib.

Şadam ki, Xorvatiya Respublikasına rəsmi səfərə gəlmək barədə dəvətimizi qəbul etmisiniz. Əminəm ki, keçən ilin oktyabr ayında mənim Azərbaycana rəsmi səfərimdən sonra Sizin bu səfəriniz dostluq və gələcək əməkdaşlığımız üçün yeni stimul olacaq.
Ümidvaram ki, tezliklə Sizi Xorvatiya Respublikasında qarşılamaq şərəfinə nail olacağam. Sizə dərin ehtiramımı və səmimi salamlarımı çatdırmaq istərdim".

Xəbər 1512 dəfə oxunub.




01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +