“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir
Əhalinin banklara nə qədər kredit borcu var?
Poltavada ölənlərin sayı 7-yə çatıb, 14 yaralı var
Vəkil Adəm Məmmədovla bağlı 30 minlik İDDİA
Məşhur təşkilatın yarım milyon borcu üzə çıxdı
Seçki bitdi, şikayətlər isə bitmir...
Məntəqədə çəkiliş aparıla bilərmi?
Almaniyanın keçmiş prezidenti öldü


26.05.2017  16:17 

Poroşenkodan Əliyevə dəvət





A+  A-

Ukrayna Prezidenti Petro Poroşenko Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
XəzərNews.az xəbər verir ki, məktubda deyilir:

“Dövlət bayramınız – Respublika Günü münasibətilə Sizi Ukrayna xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Müstəqillik illərində Azərbaycan beynəlxalq arenada mövqelərini möhkəmləndirərək, qətiyyətlə yüksək inkişaf templəri nümayiş etdirir. Bu, şübhəsiz ki, Azərbaycan Respublikası üçün milli məsələ olan və Ukraynanın da bununla bağlı mövqeyinin dəyişilməz olduğu ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində bərpası məsələsinin həllinə yardım edəcəkdir. Biz, həmçinin Ukraynanın ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı Azərbaycanın mövqeyini yüksək qiymətləndiririk.

Qəti əminəm ki, Sizin Ukraynaya rəsmi səfəriniz, Ukrayna və Azərbaycan Prezidentləri Şurasının növbəti iclasının keçirilməsi ölkələrimizin xalqlarının rifahı naminə tərəfdaşlığımızın inkişafına güclü təkan verəcək. Fürsətdən istifadə edib, Sizin üçün münasib vaxtda Ukraynaya rəsmi səfərə dəvətimi təsdiq etmək istərdim.

Çox hörmətli cənab Prezident, Sizə ali dövləti fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və firavanlıq arzu edirəm”.

Xəbər 1619 dəfə oxunub.




01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +