“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir
Əhalinin banklara nə qədər kredit borcu var?
Poltavada ölənlərin sayı 7-yə çatıb, 14 yaralı var
Vəkil Adəm Məmmədovla bağlı 30 minlik İDDİA
Məşhur təşkilatın yarım milyon borcu üzə çıxdı
Seçki bitdi, şikayətlər isə bitmir...
Məntəqədə çəkiliş aparıla bilərmi?
Almaniyanın keçmiş prezidenti öldü


24.05.2017  08:56 

“Metsamor” məsələsi “Avronest“ PA-da qaldırıldı





A+  A-

Azərbaycan Milli Məclisinin nümayəndə heyəti 23 may tarixində Moldova parlamentində keçirilən Avronest Parlament Assambleyasında iştirak edib.
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, Avronest Plenar sessiyasında iştirak edən Milli Məclisin deputatı Fərəc Quliyev Avronest PA-nın iştirakçılarının diqqətinə Ermənistanda yerləşən “Metsamor” atom elektrik stansiyasının bütün region üçün böyük təhlükə mənbəyi olduğunu bildirib.
O qeyd edib ki, hələ 2014-cü ildə Avropa komissiyası Ermənistanı bu stansiyanı bağlamağa çağırıb, lakin Ermənistan tərəfi buna heç bir reaksiya verməyib. Dünyada nüvə stansiyalarından imtina ilə bağlı fəal işlərin aparıldığı zaman, millət vəkili iştirakçıları bu stansiyanın regionda qlobal bir problem kimi qəbul etməyə çağırıb. Həmçinin, millət vəkili iştirakçılara Metsamor AES-nin nüvə tullantılarının Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində basdırılması faktları ilə bağlı Azərbaycan tərəfinin narahatçılığını çatdırıb.
İclasda iştirak edən Ermənistan Respublikasının nümayəndəsi bildirib ki, bu məsələ Azərbaycan tərəfindən Ermənistana təzyiq etmək üçün qaldırılır. Lakin Avronest PA-nın həmsədri Avropa Parlamentinin deputatı Rebekka Harms Azərbaycan nümayəndəsini dəstəkləyərək, məsələnin çox vacib və aktual olduğunu bildirib.

Xəbər 1758 dəfə oxunub.




01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +