Sabah leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyevin Pezeşkian ilə görüşü başlayıb
Pezeşkian Bakıda: Rəsmi qarşılanma mərasimi olub
Bu yolda sürət həddi 20 km/saat endirilib
Pezeşkianın Bakı səfərində dəyişiklik
Nazirlik 492 müəllimi işdən çıxartdı
“VMR Klinikası”nın rəhbəri ilə bağlı ilginc faktlar
Rusiya heç bir hazırlıq nümayiş etdirmir - Zelenski
KOBİA İdarə Heyətinin sədrinə I müavin təyin edildi
Ermənilər mövqelərimizi atıcı silahlardan atəşə tutub


27.04.2025  01:02 

İranda təkrar partlayış olub -VİDEO





A+  A-

İranın Bəndər-Abbas şəhərində təkrar partlayışlar baş verib.

Xəzərnews.az xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.

Bildirilib ki, hadisə yerində yeni güclü yanğın başlayıb.

Son məlumata görə, Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 8-ə çatıb, 750-dən çox insan yaralanıb.

Xatırladaq ki, aprelin 26-da Fars körfəzi sahillərində dəniz limanının ərazisində təhlükəli materiallar və kimyəvi maddələr olan anbarda partlayış baş verib. IRIB telekanalının məlumatına görə, yanacaq çəni partlayıb. Hadisə yerində yanğın başlayıb. Bundan başqa, liman binalarından biri uçub.

Hadisə şahidlərinin sözlərinə görə, partlayışı Bəndər Abbas və Qeşm adasının sakinləri hiss ediblər. Hadisədən sonra limanın fəaliyyəti dayandırılıb. Oraya fövqəladə hallar xidmətinin əməkdaşları və daxili işlər naziri Eskəndər Momeni gəlib.//Publika.az




Xəbər 578 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +