Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub
DİN vətəndaşlara müraciət edib...- Növbəti dəfə


19.05.2023  09:38 

“Sadəcə murdarçılıq edirsiniz!” - Mir Şahin





A+  A-

“Əslində fikir verməməliydim. Düşünürdüm ki, adımdan yayılan ”paylaşım”ın saxta olduğunu yalnız avam və əbləhlər qanmaz. Amma özünü ciddi sayan bəzi düşük-dəmdəməkilər də Məhəmmədəli Mirzə adlı sosial tör-töküntüyə məxsus resurslarda yayılan bir yalanı tirajlayıb və məni məqsədli şəkildə təhqir hədəfinə çeviriblər”.

XəzərNews.az xəbər verir ki, bunu Real TV-nin rəhbəri Mirşahin Ağayev sosial şəbəkədə yazıb.

Jurnalist onun adından yazılan “Prezidentdən xahiş etdim ki, sosial şəbəkələr dərhal qapadılsın. Bir söz deyən kimi söyülürük. Ən çox söyülən mənəm” sözlərin yalan olduğunu bildirib.

“Baxmayaraq ki, insan nə qədər əyyaş və sarsaq olsa da, beyin nə qədər peyin olsa da adımdan yazılan o sözlərin mənə məxsus olmadığını anlamağa, guya “sosial şəbəkələri bağlatmaq üçün” müraciət etməyim barədə yayılanların iftira olduğunu başa düşməyə yarayar!

Sosial şəbəkələrdə özünü nəsə, kimsə hesab edən kompleksli zavallılardan fərqli olaraq mən psevdoad, psevdoləqəb arxasında gizlənmir, davamı açıq aparıram! Adımdan “paylaşım” edən fərari internet gədələri də, onu Azərbaycanda mənim adımın kölgəsində yatan küçə canlılarına ötürənlər də, bununla öz aləmlərində guya mənimlə mübarizə aparan əskidənqalma materiyalar da yaxşı başa düşürlər ki, çeçələ barmağımın gücündə belə deyillər.

Üzü mənə sarı tüpürənlər, duşunuz mübarək! Həmişə “təmizlikdə”!-deyib keçirəm bu dəfə də! Amma vallah! sadəcə murdarçılıq edirsiniz! Yazıçılıq deyil sizinki, yazıqçılıqdı! Vay halınıza! Plintus səviyyəsidi bu, dabanaltılıqdı etdiyiniz! Vaxtımı almayın, imkan verin, Vətənimizi, Dövlətimizi, həm də Sizin analarınızın, bacılarınızın, qızlarınızın namusunu, ismətini, adını-babalarınızın, atalarınızın şərəfini, ləyaqətini, gorlarını qoruyaq!”.

Xəbər 1165 dəfə oxunub.




22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +