İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub


18.04.2023  22:08 

Deputatın “Embawood”unda nə baş verir?





A+  A-

Masallının biznesmen-deputatı, məşhur "Embawood” mebel firmasının sahibi Məşhur Məmmədovun başı qalmaqaldan açılmır.

Deputatın biznesinə şərik olan qohumları ilə arasında ədavət yaşanmaqdadır.

Məlumatlı mənbənin müfəssəl bilgilərinə görə, M.Məmmədov yaxınları ilə olan gərginlik ucbatından əlindəki biznesin bir qismindən imtina etməli olub.

Xəbərlər gəlir ki, deputat şirkətlərinin, kredit təşkilatlarının və mebel firmalarının bir hissəsini məhz qohumları ilə yaranmış mübahisə üzündən itirib. Daha doğrusu, yaxınlarının ona qarşı çıxdıqları deyilir.

Lakin rəsmi informasiyada imitasiya edilərək tam fərqli təqdim olunur. Guya deputat səhmlərini satıb, amma səhmlərini itirməklə qohumlarla olan dava-dalaşdan yaxasını qurtarmağı hesablayır.

Yəni, onlarla yollarını ayırmağa hazırlaşır. Qohumları da onunla yola getmirlər və deputata qarşı biznes söz-söhbətində üsyana qalxıblar.

Rəsmi məlumatda bildirilir ki, "Embafinans” QSC bank olmayan kredit təşkilatının (BOKT) səhmlərinin 60%-nə və 40%-nə nəzarət edən Elşad Abbasovla Məşhur Məmmədov (deputat - red) paylarının bir hissəsini yeni səhmdara satıb.

Yeni səhmdar isə Tamara Polyakovadır. O, səhmlərin 14%-ni əldə edib, nəticədə səhmdarların payı 51%-ə və 35%-ə düşüb. Adı heç bir biznes sahəsində hallanmayan xanım Palyakova ilə Məşhur Məmmədov haradan tanışdır? Onları başqa hansı ortaq biznes birləşdirir? Bu da ayrıca araşdırma tələb edir...

Qeyd edək ki, 2017-ci ilin sonuna olan məlumata görə, "Embawood” MMC-də payçılar Elşad Abbasov (36%), Məşhur Məmmədov (32%) və Bəşir Sultanov (32%) idi. İndisə şirkətdə Elşad Abbasov və Məşhur Məmmədovla yanaşı Polyakova Tamara, Həsənova Nərminə, Səmədova Günay və Qasımova Aytac pay sahibləridirlər./Pravda.az

Xəbər 1558 dəfə oxunub.




22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +