Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub
DİN vətəndaşlara müraciət edib...- Növbəti dəfə
Hafiz Həsənov ev dustağı oldu


02.12.2019  12:10 

Heteroseksual yolla İİV-ə yoluxma 47%-ə qalxıb





A+  A-

“Son 11 ayın nəticələrinə əsasən, ölkədə 592 nəfər İİV virusuna yoluxub”.
XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı Respublika QİÇS-lə Mübarizə Mərkəzinin rəsmisi Natiq Zülfüqarov Ümumdünya QİÇS-lə mübarizə Günü ilə bağlı təşkil olunmuş tədbirdə deyib. Onun sözlərinə görə, yoluxanlardan 569-u ölkə vətəndaşı, 29-u isə əcnəbi olub.

“Cins üzrə baxdıqda isə, virusa yoluxanlardan 371-i kişi, 192-i isə qadındır. Hazırda dünyada 37,9 insan İİV-lə yaşayır. 8,5 milyon insanın bu xəstəliyə yoluxduğundan xəbəri yoxdur.

Azərbaycanda 1987-ci ildən son göstəricilərə görə 6778 nəfəri İİV-lə yaşayır. Yeni yoluxanların 66%-i kişilər təşkil edir. 1045 nəfər isə bu virus nəticəsində ölüb. Əhalinin 10 min nəfəri arasında İİV-ə yoluxma faizi 5,9-dur.

Müsbət nəticə ondan ibarətdir ki, son illərdə statistikaya əsasən narkotik istifadəçilərinin sayında azalma müşahidə olunur. Ancaq artım heteroseksual yolla yoluxma hallarında müşahidə olunur və nəticə 47%-ə qalxıb. O cümlədən, artım homoseksual yayılma hallarında da müşahidə olunaraq 3% olub.

İİV virusunun yayılması halı əsasən cənub regionunda, daha sonra isə Mingəçevir, Yevlax, Göyçay, Sumqayıt, Şirvan, Hacıqabul və Xızıda müşahidə olunur”.

Xəbər 1521 dəfə oxunub.




22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +