Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub
Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu


21.12.2018  09:05 

İrana gedənlərin sayı 69 faiz artıb





A+  A-

2018-ci ilin yanvar-noyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18,5 faiz artaraq 4464,5 min nəfər olub.
XəzərNews.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, ölkə vətəndaşlarının 33,3 faizi İrana, 29,1 faizi Gürcüstana, 18,9 faizi Rusiya Federasiyasına, 12,6 faizi Türkiyəyə, 1,5 faizi Ukraynaya, 0,9 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,7 faizi isə digər ölkələrə səfər edib. Səfər edənlərin 65,4 faizi kişilər, 34,6 faizi isə qadınlar olub.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 69,3 faiz, Gürcüstana gedənlərin sayı 3,3 faiz, Türkiyəyə gedənlərin sayı 0,4 faiz artıb, Rusiya Federasiyasına gedənlərin sayı 0,3 faiz azalıb.

Cari ilin yanvar-noyabr aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 81,2 faizi dəmir yolu və avtomobil, 18,0 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.

Xəbər 1234 dəfə oxunub.




22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +