Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub
DİN vətəndaşlara müraciət edib...- Növbəti dəfə
Hafiz Həsənov ev dustağı oldu


23.07.2018  14:54 

2 tona yaxın xaşxaş məhv edildi





A+  A-

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində sərhədboyu zonada narkotik xassəli kolların yabanı halda bitdiyi sahə aşkar olunub.
XəzərNews.az-ın DSX-nin mətbuat xidmətinə istinadən məlumatına görə, 2018-ci ilin 19 iyun tarixində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin hərbi qulluqçuları tərəfindən Lerik rayonunun Orand və Hildərə kəndlərinin sərhəd xəttinə yaxın ərazilərində aqrotexniki qulluq olunmamış 78560 ədəd, ümumi çəkisi 1960 kiloqram xaşxaş kollarının yabanı halda bitməsi müəyyən edilib.

Qeyd olunan xaşxaş kolları yerli icra nümayəndəliyi, Lerik rayonunun polis şöbəsinin əməkdaşlarının iştirakı ilə yığılaraq akt tərtib olunub və yandırılma yolu ilə məhv edilib.

Xəbər 1383 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +