Prezident Avropa Şurasının baş katibi ilə görüşüb
Araq beyninizi belə zədələyir - ARAŞDIRMA
Mövqelərimiz atəşə tutuldu
“Shacman”la “BYD“ avtomobili toqquşub
Azərbaycanlı idmançı yeniyetməni zorlamaqda ittiham olunur
Bu gün bank kartlarından 10725 manat oğurlanıb
Türkiyə İsrailin Suriyadan İranı vurmasını əngəlləyə bilər?
Bu qurumun 4 milyon vergi borcu var
Prezident İlham Əliyev İrakli Kobaxidze ilə görüşüb
Borca görə intihara cəhd etdi


11.04.2025  16:51 

O göylə uçan taksinin günündəyik...





A+  A-

Dünən o taksi Heydər Əliyev prospektində göylə uçanda aşağıda da bəzi hadisələr oldu ki, yetərincə diqqət çəkmədi...

Birincisi, "Son zəng"lə bağlı xəbər yayıldı. Bildirildi ki, orta məktəblərə "Son zəng" tədbirləri ilə bağlı təlimat göndərilib. Bəs, bundan sonra məzunlar da daxil olmaqla bütün şagirdlər "Son zəng" günü məktəbli forması geyinməlidirlər. Tədbirlərdə bayağı musiqilər, nə bilim, meyxana-filan səsləndirmək olmaz.

Ən əsası isə guya təlimata görə, məzunlara Vyana, canım sizə desin, Boston valsı da qəti qadağan olunub. Ümumiyyətlə, məktəblilər əcnəbi musiqilər altında rəqs edə bilməz. Yalnız milli rəqslərə - "Tərəkəmə"yə, "Heyvagülü"nə və sairə icazə verilir.

Hələ bu harasıdır, "təlimat"la məktəbə gitara, sintezator-filan kimi yadelli musiqi alətlərinin gətirilməsi də qadağan olunmuşdu. Yəni yalnız milli alətlər - tar, saz, kamança gətirilə bilər, ifa da mütləq canlı olmalıdır... Bəh-bəh! Nə gözəl! "Çal, ay aşıq, telli sazı, salamlasın könlüm yazı"... "Oxu tar, oxu tar, səni kim unudur"...

Hə, bir də sağ olsunlar, "təlimat"ı kimlər hazırlamışdısa, multikultural dəyərlərdən heç də tamamilə xali insanlar deyildilər. Orada belə bir cümlə də vardı: "Məzunlara məktəbin yerləşdiyi bölgənin mədəni xüsusiyyətlərini əks etdirən rəqs və musiqilərə icazə verilir". Yəni, cənub tərəfdə "Hakuşta" demək, şimalda sındıra-sındıra "Ləzginka" oynamaq olar...

Handan-hana, rəsmilər məsələdən xəbər tutdular, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) təkzib yaydı. Yeri gəlmişkən, sizi bilmirəm, bu qurumun adı gələndə məni gülmək tutur... MÜTDA... Qızım təzə dil açanda yumurtaya belə deyirdi...
Nəysə, MÜTDA bildirdi ki, deyilənlər, ağ yalandır, məktəblərə "Son zəng"lə bağlı heç bir təlimat-filan göndərilməyib. Nə qədər adamın əli üzündə qaldı, "Son zəng" günündə rəqs üçün övladlarına "para" axtaran valideynlərin gözü bərəldi, direktor və "zavuç"lar dərindən nəfəs alıb rahatladılar...

Amma xəbərin mənbəyi yenə də qaranlıq qaldı. Olmaya, bu "təlimat" da dünyanı qarışdıran o yaramaz Trampdan gəlib? Ya bəlkə Marsdan? Heç bir cavab yoxdur və bəlli olan yalnız budur: Mediamıza istənilən yalanı asanlıqla sırımaq mümkündür. "Yalan ayaq tutar, amma yeriməz" məsəli də boş söhbətdir. Bizim mediada yalan nəinki yeriyir, hətta şütüyür... Yalan üçün ən yüksək kateqoriyalı yol bizim media məkanımızdır. Burada hər gün aprelin 1-dir... Kiminlə istəyirsiz zarafat edə, necə istəyirsiz yalan danışa bilərsiz, tirajlanacaq... O "informasiya təhlükəsizliyi" deyilən məsələ var ha, onun özü də bir zarafatdır...

Keçək ikinci məsələyə. Söhbət Fənn Olimpiadalarının Respublika mərhələsinin suallarından gedir. Dünən riyaziyyat elmləri doktoru, professor Rəşid Əliyevin məqaləsi yayıldı və aydın oldu ki, Azərbaycanın ən savadlı şagirdlərini üzə çıxarmağı hədəfləyən Olimpiadada riyaziyyat üzrə 30 sualdan 9-u səhvdir. İndi iki gündür bunun üstündə professorla Təhsil İnstitutu arasında qırğın gedir. İnstitut dünən açıqlama yayıb, 4 sualın səhv olduğunu etiraf etdi. Bu gün isə professorun israrından qəzəblənib cəmi 2 sualın yanlış olduğunu açıqladı. Rəşid müəllimsə bütün sualları yayıb və onların 9-nun səhv olduğuna dair sübutlarını təqdim edib. Yenə gəlib çıxdıq yalan məsələsinin üstünə...

Kim haqlıdır? Kimdir yalançı? Bunu da dəqiq bilmirəm. Dəqiq bildiyim odur ki, özümüz də, təhsilimiz də, mediamız da o göylə uçan taksinin günündədir... Ayaqlarınızdan muğayat olun!

Zahid Nurəliyev

Xəbər 570 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.04.2025  10:32 

Mövqelərimiz atəşə tutuldu

11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...

11.04.2025  11:53 

Xanlar Vəliyev hakim təyin edilib


BÜTÜN XƏBƏRLƏR +