Azərbaycan Rusiyaya nota verdi
Rusiya pilotsuz sistemlər qoşunları yaradır?
Jurnalist Şəmşad Ağa da həbs edildi
Cabir İmanov məhkəməyə verildi
Çörəyin çəkisi niyə azalıb?- VİDEO
Vəzifəli şəxslər məhkəmə zalında həbs EDİLDİ
Biznesmen Aydın Orucov təzminat ödəyəcək
Muxtar Babayevin yerinə bu şəxs gətirilə bilər
Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu İTİRDİ
“Rus Evi”nin fəaliyyətinə xitam verildi


06.02.2025  14:00 

Biznesmen Aydın Orucov təzminat ödəyəcək





A+  A-

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Əmək Müfəttişliyi təsisçisi Aydın Orucov olan "Wilstream" şirkəti barəsində məhkəməyə müraciət edib.

Dövlət qurumunun məhkəməyə müraciət etməsinin səbəbi biznesmen Aydın Orucovun şirkətin maliyyə direktoru vəzifəsində işləmiş Abbasova (Məmmədova) Xanım Oqtay qızını Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə işdən çıxarması olub.

Xanım Abbasova ilə yanaşı, şirkətdə mühafizəçi işləyən həyat yoldaşı Samir Məmmədov da Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə qanunsuz olaraq işdən çıxarıldığını deyib. Nazirlik tərəfindən məsələ araşdırıldıqdan sonra həqiqətən Xanım Abbasovanın qanunsuz olaraq işdən çıxarıldığı məlum olub.

İddiaçı məhkəmədə hamilə olduğu vaxt qanunsuz olaraq işdən çıxarıldığına görə stress və psixoloji gərginlik keçirdiyini, bu səbəbdən 50.000 manat miqdarında mənəvi ziyanın pul şəklində cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş edib.

Xanım Abbasova iddia edib ki, Əmək Məcələəsinin 70-ci maddəsinin "ç" bəndi ilə işdən çıxarılması MMC-nin direktoru Kənan Qılıcovun, həmçinin birbaşa olaraq "Wilstream" şirkətinin təsisçisi Aydın Orucovun ona qarşı işdəki ayrı-seçkliyinin, qərəzinin və haqsız münasibətinin nəticəsidir. O, həmçinin deyib ki, Kənan Qılıcovdan işdən çıxarılmasının səbəbini də öyrənib. Qarşı tərəf isə şirkətin təsisçisini nəzərdə tutaraq "Aydın müəllimin kefi belə istəyir" deyib.

Məhkəmənin qərarı ilə "Wilstream" şirkətinin direktoru Kənan Qılıcovun Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə bağlı əmri ləğv edilib və Xanım Abbasovanın MMC-dəki əvvəlki iş yerinə bərpa edilməsi tələb kimi qoyulub. 2024-cü ilin yanvar ayının 15-dən fevral ayının 15-dək işlədiyi dövr üçün hesablanmış, lakin ödənilməmiş əmək haqqının, onun gecikdirilməsinə görə qətnamə icra olunan tarixə qədər hər gün üçün 1% miqdarında ödəncin, 1 fevral 2023-cü il 1 fevral 2024-cü iş illəri üzrə istifadə ediməmiş əmək məzuniyyətinin əvəzi olaraq ödənişlərin hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsi də MMC-yə həvalə olunub. Mənəvi zərərə görə isə 1000 manat məbləğində təzminat kəsilib.

Qeyd edək ki, "Vilstream Az" MMC 2020-ci ildə qeydiyyatdan keçib. Şirkətin rəsmi səhfəsində deyilir ki, 2002-ci ildə Aydın Orucov xarici investisiyalar olmadan Moskvada Rusiya və MDB ölkələri ərazisində autsorsinq çağrı mərkəzlərindən birinə çevrilən "Wilstream" şirkətini təsis edib. Moskva və Nijni Novqorodda 5 ofisdə 1500 iş yeri və 2300 əməkdaşla bazarın liderlərindən birinə çevrilib. 2020-ci ildə isə Bakıda 370 yerlik ilk beynəlxalq bölmə açılıb.

Onu qeyd edək ki, Xanım Abbasova I Qarabağ müharibəsi veteranı Oqtay Abbasovun qızıdır və Zəngilan rayonundan məcburi köçkündür./Qaynarinfo

Xəbər 463 dəfə oxunub.




06.02.2025  17:37 

Famil Xəlilova hökm oxundu

06.02.2025  17:37 

Azərbaycan Rusiyaya nota verdi

06.02.2025  15:53 

Cabir İmanov məhkəməyə verildi

06.02.2025  12:19 

Qar dənələri


BÜTÜN XƏBƏRLƏR +