İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub


05.04.2019  14:31 

AzTV-də ona yüksək vəzifə verildi





A+  A-

AzTV-də yeni kadr dəyişikliyi baş tutub.
XəzərNews.az BakuPost-a istinadən xəbər verir ki, tanınmış jurnalist Mehriban Məmmədova AzTV-nin İnformasiya Proqramları studiyasının baş direktoru təyin edilib. O, artıq vəzifəsinin icrasına başlayıb.

M.Məmmədova açıqlamasında xəbəri təsdiqləyib.

Qeyd edək ki, M.Məmmədova buna qədər eyni studiyada direktor postunu tuturdu.

Studiyanın baş direktoru F.Hüsiyev isə bir müddət əvvəl AzTV sədri Rövşən Məmmədov tərəfindən işdən çıxarılıb və Teleradio Akademiyasına rektor təyin edilib.

Xatırladaq ki, AzTV-nin keçmiş sədri Arif Alışanov 2018-ci ilin yanvarında Mehriban Məmmədovanı işdən çıxarmışdı və bu, qalmaqala səbəb olmuşdu. Buna səbəb isə ondan bir müddət əvvəl Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş ikinci binada Mehriban Məmmədovaya da ev verilməsi, hətta prezidentin iştirak etdiyi yeni mənzillərin təqdim edilməsi mərasimində çıxış edən 2 jurnalistdən biri olması idi. Belə bir jurnalistin işdən çıxarılması birmənalı qarşılanmamışdı və görünür elə buna görə də AzTV rəhbəri onu yenidən işinin başına qaytarmışdı.

Xəbər 1523 dəfə oxunub.




22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +