İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub


10.07.2024  16:30 

Pulları müxtəlif xalqların diaspor nümayəndələrinə xərcləyirdik





A+  A-

Xəzərnews.az xəbər verir ki, "Diaspora Gündəm"in növbəti qonağı Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kulturoloq Aydın Xan Əbilov olub.

Kulturoloqla söhbət zamanı xaricdə yaşayan soydaşlarımız arasında mədəni irsimiz, mədəniyyətimizin təbliği, bu istiqamətdə diaspora təşkilatlarının fəaliyyəti və mədəniyyət diplomatiyası kimi bir sıra məsələlər müzakirə edilib.

A.Əbilov bildirib ki, ölkəmizi dünyada tanıtmaq istiqamətində diaspora təşkilatlarımız və lobbiçilik çox vacibdir.

Kulturoloq həmçinin Azərbaycanı tanıtmaq istiqamətində virtual alətlərin əhəmiyyətindən də bəhs edib.

"Müasir dövrdə azərbaycançılığın daha da inkişaf etdirilmiş variantı multikulturalizmdir. Biz bu ideyanı əsas götürüb azərbaycanlılarla bağlı müəyyən işlər görməyə çalışırıq. Dünya artıq dəyişib, virtual alətlər ön sıradadır. Mədəniyyət, incəsənət, ədəbiyyat və musiqi ilə bağlı ölkəmiz bir çox mühüm tədbirlərə ev sahibliyi edir, bunlar realdır. Real alətlərin bizə verdiyi imkanları virtual vasitəsilə dünya azərbaycanlıların inkişafına təsir göstərə bilərik. Bilirsiniz ki, biz əvvəllər kifayət qədər pulları dünyadakı müxtəlif xalqların diaspor nümayəndələrinə xərcləyirdik. Çünki bizim burada publik maraqlarımız var idi. İndi isə siyasəti, texnologiyanı dəyişmək lazımdır. Xaricdəki soydaşlarımıza ideoloji, mənəvi, maddi, intellektual cəhətdən inkişaf etmələri üçün bir şeylər ötürməliyik. Azərbaycanda, milli məclisdə dostluq qrupları var, amma onlar nə dərəcədə virtual alətlərdən istifadə edirlər? Nə üçün bizim intellektual kəsimimizlə işləyən qurumlarımız yoxdur? Bu çox önəmlidir".

Aydın Xanın fikrincə, xaricdə yaşayan soydaşlarımız arasında mədəni irsimiz, adət-ənənələrimiz və vətənə bağlılıq kifayət qədər yüksək səviyyədədir.

"Soydaşlarımız ölkəmizdə gedən prosesləri çox gözəl bilirlər. Çünki onlar yaşadıqları ölkələrdə intellektual kəsimlə birləşə biliblər. Bizim isə təhsil problemimiz var, uşaqlarımız oxumur", - o, qeyd edib.

Kulturoloq mədəniyyət diplomatiyasının səmərəli inkişafı, diaspora təşkilatları və lobbiçiliklə bağlı maraqlı təkliflər səsləndirib.

"Ədəbiyyatı, mədəniyyəti və incəsənəti təbliğ etmək üçün virtual mədəniyyət mərkəzləri yaratmalıyıq. Dünya azərbaycanlılarını özündə birləşdirən vahid şəbəkə yoxdur. Dünyada bazar məktəbləri təcrübəsi var. Biz də həmçinin bunu virtual şəkildə tətbiq edə bilərik. Biz Azərbaycan milli kulinariyasını inkişaf etdirməliyik. Avropada, qonşu ölkələrdə restoranlar, kafelər, milli çayxanalar və onların tərkibində ölkəmizə dair kiçik mədəniyyət guşələri yaratmaqla insanları məlumatlandıra bilərik. Getdikcə diasporumuz siyasi gücə çevrilir. Bu baxımdan da hesab edirəm ki, mədəniyyətimizi də yaxın gələcəkdə gücləndirə bilərik", - deyə A.Əbilov qeyd edib.



Xəbər 17159 dəfə oxunub.





22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +