Ramazan ayının 25-ci günü
Parisdə Novruz qeyd olundu - Foto
Qəzada ölən soydaşımızın yaxınları axtarılır
İmamoğlunun həbsinə görə aksiyalara qoşulmayın... - Müraciət
Ermənidən daha çox ermənilik edən azərbaycanlı kimdir?
İtkin düşmüş üç rəfiqədən daha biri tapılıb.
Sabah hava necə olacaq?
Əli Əhmədova ağır itki üz verib
“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq


27.02.2023  18:15 

İran 44 günlük müharibədə şikəst olan erməniləri...





A+  A-

Molla rejiminin Ermənistana və ermənilərə olan sevgisi bitib-tükənmək bilmir. Prosesin platonik müstəvidən kənara çıxdığı çoxdan məlum idi, amma bu qədər də yox...

Deməli, İrəvanda səfərdə olan “İran” adlanan ölkənin əmək və sosial rifah naziri Seyid Sultan Mortazavi erməni həmkarı Narek Mkrtçyanla görüş zamanı bəyan edib ki, Tehran rejimi 44 günlük müharibədə şikəst olan ermənilərə öz sağlamlıqlarını bərpa etmək üçün xidmət göstərəməyə və bu sahədə olan təcrübəsini Ermənistanlı mütəxəssislərlə bölüşməyə hazırdır.

Seyid Soltan Mortazavi bəyan edib ki, Ermənistanla əməkdaşlığın inkişaf etdirilməsi onun təmsil etdiyi rejim üçün prioritet təşkil edir.

Molla rejiminin təmsilçisi ilə erməni nazirin görüşündə Tehranın birgə peşə məktəbləri yaratmaq niyyəti də qarşı tərəfin diqqətinə çatdırılıb. Tərəflər, həmçinin
Zəngəzur bölgəsində müstəqil Ermənistan-İran mərkəzinin yaradılması imkanlarını da müzakirə ediblər.

Göründüyü kimi, molla rejimi ermənilərə xidmət göstərmək üçün bütün mümkün və mümkün olmayan, ağla gəlməyən forma və metodlardan, “alət”lərdən istifadə edir.

Sağdan girib soldan, soldan girib sağdan çıxır və eyni əməlini ən müxtəlif konfiqurasiyalarda davam etdirir.

Yeri gəlmişkən, bir vaxtlar İran adlanan ölkənin dini liderinin Qarabağın müsəlmanların torpağı, bu torpaqların azad edilməsi uğrunda həlak olanların isə şəhid olduğunu “müəyyənləşdirən” “fətva”sı vardı. Guya o deməsəydi, biz bilmirdik. Kəsəsi, bu “fətva” 30 ilə yaxın bir zaman kəsiyində İran adlanan ölkədən müsəlmanların torpaqlarını işğal edən, məscidlərini, ziyarətgahlarını, qəbristanlıqlarını dağıdan, yurd-yuvalarını yerlə bir edən Ermənistana edilən yardımlarda, verilən dəstəkdə özünü büruzə verməsə də, az qala “möcüzə” yaradacaq bir ifadə kimi tez-tez xatırladılırdı... Nə oldu o “fətva”nın axırı?

Daha “işə” yaramır? Hər şey bir yana qalsın, həmin o “fətva”nın mahiyyətinə görə, Azərbaycan torpaqlarının işğalında və işğal altında saxlanılmasında iştirak edənlər gorbagor, sağ qalanlar isə gorbagorluğa namizəd sayılırlar. Necə olsa da bu gorbagorluğa namizədlər öz torpaqlarını işğalçıdan təmizləyən, haqq, ədalət savaşında olan müsəlmanlara güllə atıblar, onları şəhid ediblər, yaralayıblar... Görünür, xeyli müddət ortaqlıda qalan “fətva” uçuş traektoriyasını dəyişib, qonub Ermənistana...

İnanmıram ki, bəşər tarixində nə zamansa bu qədər simasız, riyakar və saxta bir rejim olsun. Hansısa mərhələdə dayanacaqlarını düşünürsən, amma olmur. Durmurlar, dayanmırlar, getdikləri hər yerə “aftafa-aftafa” iyrənclik, riyakarlıq və rəzalət daşıyırlar.
Hər dəfə molla rejiminin əməllərindən təəccüblənməyəcəyini düşünürsən, amma olmur.

Onlar belə işləri yaxşı bacarırlar... Minillər boyu arxa qapılardan saraylara yol tapmaq, girib-çıxmaq təcrübələri var. Lakin indi proses təkistiqamətlidir... Çıxmırlar!

Elçin Mirzəbəyli


Xəbər 836 dəfə oxunub.



24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto

24.03.2025  13:00 

Sabah hava necə olacaq?

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub


BÜTÜN XƏBƏRLƏR +