Ramazan ayının 25-ci günü
Parisdə Novruz qeyd olundu - Foto
Qəzada ölən soydaşımızın yaxınları axtarılır
İmamoğlunun həbsinə görə aksiyalara qoşulmayın... - Müraciət
Ermənidən daha çox ermənilik edən azərbaycanlı kimdir?
İtkin düşmüş üç rəfiqədən daha biri tapılıb.
Sabah hava necə olacaq?
Əli Əhmədova ağır itki üz verib
“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq


19.01.2019  18:16 

Duzlanmış, istiotlanmış limon sizi 5 problemdən xilas edəcək





A+  A-

İstiot, düz və limon yalnız salatlara və yeməklərə vurmaq üçün ədviyyat deyil. Bu vasitələr tibdə də bir çox xəstəliklərin müalicəsində istifadə edilir.
XəzərNews.az Medicina.az-a istinadən istiot, duz və limonla sağalması mümkün olan xəstəlikləri təqdim edir:

1. Boğaz ağrısı

1 x/q limon şirəsi, yarım ç/q qara istiot və 1 ç/q dəniz duzunu 1 stəkan isti suda qarışdırın. Bu qarışım ilə gün ərzində bir neçə dəfə qarqara edərək boğaz ağrısından xilas ola bilərsiniz.

2. Stomatit

Ağız boşluğunda olan yaraları sağaltmaq üçün 1 x/q Himalay duzunu 1 fincan isti suda həll edin və hər yeməkdən sonra ağzınızı bu məhlulla qarqara edin.

Bu üsul ağızda olan zərərli bakteriyaları məhv edərək yaraların sağalmasını təmin edəcək.

3. Çəki atmaq

4/1 çay qaşığı qara istiotu 2 x/q limon şirəsi ilə qarışdırıb üzərinə 1 x/q bal əlavə edin. Alınan qarışımı gündə bir dəfə yeməkdən sonra qəbul edin.

Limonun tərkibində olan polifenollar çəki almağa mane olaraq insulinin həssaslığını artırır ki, bu da yağların yanmasını təmin edir.

4. Ürəkbulanma

Limon ürəkbulanmanı aradan qaldırır. Onu qara istiotla birlikdə qəbul etdikdə həm də mədə pozulmasını aradan qaldırmaq mümkündür.

1 x/q limon şirəsini və 1 ç/q qara istiotu 1 stəkan isti suda həll edin.

Özünüzü yaxşı hiss edənə qədər tədricən için.

5. Soyuqdəymə və qrip

Yarım limonu qabıqlı halda iri fincan qaynar suda 10 dəqiqə saxlayın.

Sonra limonu çıxararaq ora 1 ç/q bal əlavə edin. Qarışımı ehtiyac olduqda gün boyu için.

Xəbər 1132 dəfə oxunub.



24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto

24.03.2025  13:00 

Sabah hava necə olacaq?

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub


BÜTÜN XƏBƏRLƏR +