Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub
DİN vətəndaşlara müraciət edib...- Növbəti dəfə


21.12.2017  09:37 

Hotellər üçün yeni tələb





A+  A-

Azərbaycanda dindar şəxslərin ibadət edə bilməsi üçün halal hotellər qarşısında qoyula biləcək tələblər açıqlanıb.
Bu tələblər Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış "Halal idarəetmə sistemi-Hotellər" adlı dövlət standartı layihəsində öz əksini tapıb.

XəzərNews.az xəbər verir ki, layihənin müəlliflərindən biri - Azərbaycan Menecment və Turizm Universitetinin Turizm və Qonaqpərvərlik fakültəsinin dekanı Rəhman Səfərov Trend-ə bildirib ki, layihəyə əsasən, mehmanxanada ibadət etmək istəyənlər üçün dəstəmaz alma yeri və kifayət qədər böyüklükdə namaz otağı və ya məscid olmalıdır. Dəstəmaz alma yerləri (kran, çanaqlar və s.), kişilər ilə yanaşı, qadın və uşaqların da fiziki quruluşuna uyğun olmalıdır:

"Qadınlara aid hissədə açıq qapıdan içəridəki şəxslərin görünməsini istisna edən qabaqlayıcı tədbirlər (arakəsmə və s. quraşdırılması) görülməlidir. Məscidlər və ya namaz otaqları, ətrafdan gələ biləcək səs-küyü və musiqi səsini keçirməyəcək formada izolyasiya edilməlidirlər. Mehmanxananın istirahət otaqlarında aylıq/həftəlik namaz vaxtlarını göstərən təqvim, qiblə istiqaməti göstəricinin otaqda olduğu yeri (siyirmə içi, şkaf içi, otağın tavanı və s.) və məscidin/namaz otağının yeri (yerin planı və s.) Azərbaycan dili ilə yanaşı, ən azı ərəb, ingilis dillərindən birində ifadə edilən elan olmalıdır".

R.Səfərov əlavə edib ki, layihəyə əsasən, cümə namazının mehmanxananın məscidində, namaz otağında qılınmaması halında namaza getmək istəyənlərin yaxınlıqdakı məscidlərə daşınması üçün kifayət qədər xidmət vasitəsi olmalıdır. Budan başqa, azan oxunarkən hotelin məscidi və ya namaz otağına yaxın yerlərdə musiqi səslənməməlidir.

R.Səfərov qeyd edib ki, mehmanxana otaqlarında qiblə istiqamətini göstərən işarə olmalı, hər otaqda aylıq/həftəlik namaz vaxtlarını göstərən təqvim və bir "Qurani Kərim" və ya "Qurani Kərim"in Azərbaycan dilinə tərcüməsi və səccadə (canamaz) saxlanılmalıdır. Lift və ya dəhlizlərdə namaz vaxtlarını və məscidin yerini göstərən elanlar (məlumat qeydi, yerləşmə planı və s.) olmalıdır.

Qeyd edək ki, layihəyə əsasən, standartın ilkin yoxlama müddəti 2022-ci il, dövrü yoxlama müddəti 5 ildir.

Xəbər 1765 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +