Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub
DİN vətəndaşlara müraciət edib...- Növbəti dəfə


18.12.2017  22:39 

Bakı aeroportunda yeni taksi xidməti yaradılacaq





A+  A-

Bakının hava limanında yeni taksi xidməti yaradılacaq.
XəzərNews.az-ın məlumatına görə, Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli Trend-ə müsahibəsində bildirib ki, Nazirlər Kabineti yanında Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına yol infrastrukturu ilə bağlı təkliflər göndərilib.

V.Kərimli qeyd edib ki, qanunvericilikdə müəyyən boşluqlar, bəzi problemlər bu sahəyə tam nəzarət etməyə imkan vermir:

“Həyata keçirdiyimiz tədbirlər nəticəsində bu gün taksi minik avtomobilləri ilə sərnişindaşımada gediş haqqı çox ucuzlaşıb. Hazırda mərhələli şəkildə tədbirlər görülür. Taksi xidmətləri göstərən bəzi şəxslər var ki, onların nəinki qarajları, heç avtomobilləri də yoxdur. Həmin şəxslər sadəcə avtomobil sahibləri ilə müştəriləri əlaqələndirərək əldə olunan vəsaitdən müəyyən faiz götürürlər. Müvafiq qurumlara qarajı olmayan taksi xidmətlərinin ləğv edilməsi barədə müraciət etmişik”.

Onun sözlərinə görə, BNA, həmçinin Bakıda istehsal ili 10 ildən artıq olan avtomobillərin taksi kimi fəaliyyət göstərməməsini təklif edib:

“Lakin hazırda bu məsələyə nəzarət mexanizmi bizim səlahiyyətimizdə deyil. Bununla belə, bu yaxınlarda Heydər Əliyev Beynəlxalq Hava Limanında taksi xidməti təşkil edəcəyik. Bununla bağlı işlər ilin sonuna qədər yekunlaşmalıdır. Artıq gələn ilin əvvəlindən həmin taksi xidməti fəaliyyətə başlayacaq. Bu, çox vacib bir yerdir. Şəhərimizə gələn qonaqlar pərakəndə taksi xidməti ilə qarşılaşmayacaqlar”.

Xəbər 1408 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +