Xərçənglə təkbaşına mübarizə: İcbari Tibbi Sığortanın onkoloji xəstələrə verdiyi tək şey ÜMİDDİR
“TikTok”da tanış olduğu qadının uşaqlarına dəhşətli işgəncələr verdi
İcra hakimiyyətinin sahibsiz telefonları, günü-gündən böyüyən problem - Nərimanovdan ŞİKAYƏT
Putin “Oreshnik“in Rusiyada istehsalından danışdı
Yevlaxda toyda söyüş söyən qonağı pilləkəndən atdılar
Rövnəq Abdullayev iş kabinetindən narazıdır?
Qarpız və yemişi rahat yeyə bilərsiniz
“Markov Azərbaycan agentidir“ - Zatulindən ŞOK AÇIQLAMALAR
Polis məşhur müğənnini Nardaran pirinə buraxmadı
Xəlilovlar Putini seçdi


01.08.2025  18:07 

Xərçənglə təkbaşına mübarizə: İcbari Tibbi Sığortanın onkoloji xəstələrə verdiyi tək şey ÜMİDDİR





A+  A-

Onkoloji xəstəlikdən əziyyət çəkən vətəndaşlar dövlət hesabına müalicə imkanlarının olmamasından şikayətlənirlər.

XəzərNews.az xəbər verir ki, Oxu.Az-a daxil olan müraciətlərdə İcbari Tibbi Sığortanın (İTS) Xidmətlər Zərfində (XZ) onkoloji xəstələr üçün hər hansı xidmətin nəzərdə tutulmaması bu kateqoriyadan olan pasiyentlərin vəziyyətini daha da ağırlaşdırdığı bildirilib.

"Atam iki ildir ki, onkoloji xəstəlikdən əziyyət çəkir. Müalicələrini davam etdirmək üçün artıq sata biləcəyimiz heç nə qalmayıb. Müalicə çox bahadır və əksər ailələr bu xərcləri qarşılayacaq imkanda deyillər. Bəs bu xəstələrin taleyini niyə düşünən yoxdur?" - deyə müraciətdə bildirir.

Araşdırma zamanı məlum olub ki, hazırda onkoloji xəstələrin tibbi təminat məsələsi açıq qalmaqda davam edir.

Belə ki, Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən, onkoloji xəstəliklərin diaqnostika və müalicəsi dövlət büdcəsi hesabına həyata keçirilməli olsa da, hazırda bu xidmətlər İTS-nin XZ-yə daxil edilməyib. Bu da onkoloji xəstələrin dövlət dəstəyindən kənarda qalmasına, vaxtında və keyfiyyətli müalicə ala bilməmələri səbəbindən tez vəfat etmələrinə və həyat keyfiyyətlərinin azalmasına səbəb olur.

Əvvəlcə onu diqqətə çatdıraq ki, hələ ötən il, 2025-ci il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məsələni gündəmə gətirib.

O, ürək-damar xəstəliklərindən sonra ən çox ölüm hallarının onkoloji xəstəliklərlə bağlı olduğunu xatırladaraq, bu kateqoriyadan olan vətəndaşların İTS sisteminə daxil edilməməsini qəbuledilməz adlandırıb.

"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) artıq 5 ildir fəaliyyət göstərir, amma onkoloji xəstələrin bu sistemə cəlb olunması istiqamətində heç bir ciddi addım atılmayıb. Onkoloji xidmətlərə ayrılan vəsait isə cəmi 50 milyon manat civarındadır", - deyə komitə sədri bildirib.

Məsələ ilə bağlı İTSDA-dan bildirilib ki, hazırda onkoloji xəstəliklərin XZ-yə daxil edilməsi ilə bağlı aidiyyəti qurumlarla müzakirələr aparılır.



"Onkoloji xəstəliklərlə bağlı mövcud vəziyyət təhlil edilir. Tibbi statistik məlumatlar analiz edilir. Xidmətin maliyyə yükü proqnozlaşdırılır, icbari tibbi sığorta fondunun büdcəsinin potensialı öyrənilir və xidmətin göstərilməsi imkanları araşdırılır", - deyə məlumatda bildirilib.

Qeyd olunub ki, "Onkoloji yardım haqqında" Qanuna əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım müvafiq dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir.

"Sözügedən qanuna uyğun olaraq onkoloji xəstələrin Səhiyyə Nazirliyinin tabeliyindəki dövlət tibb müəssisələrində müayinəsi və müalicəsi üzrə tədbirlər dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.

Məlumat üçün bildirək ki, icbari tibbi sığorta hesabına şişönü xəstəliklərin erkən diaqnostikası qarşılanır. Bu tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələri və Səhiyyə Nazirliyinin tabeliyindəki doqquz elmi-tədqiqat institutu və mərkəzində göstərilir.

Sözügedən xidmətlərə funksional diaqnostika, şüa diaqnostikası, laborator və endoskopik müayinələr daxildir. Xəstəliyin erkən mərhələdə aşkarlanması məqsədilə ultrasəs müayinə, mamoqrafiya, biopsiyaların olunması, onkomarkerlərin yoxlanması, Pap testi (uşaqlıq boynundan yaxmanın götürülməsi və mikroskopiyası), rentgenoqrafiya, histeroskopiya, KT, MRT, sistoskopiya, kolonoskopiya və digər müayinələr aparılır.

Müayinələr xərçəngönü xəstəlikləri erkən mərhələdə aşkar etməyə və vaxtında müalicəyə başlamaqla gələcəkdə həmin patoloji halların bədxassəli törəməyə keçməsinin qarşısını almağa imkan yaradır. Habelə, bəzi xoşxassəli şişlərin çıxarılması əməliyyatı da icbari tibbi sığorta ilə qarşılanır", - deyə açıqlamada vurğulanıb.

Dövlət Statistika Komitəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2024-cü ildə tibb müəssisələrində bədxassəli şiş diaqnozu ilə qeydiyyatda olan xəstələrin sayı 73 875 nəfər təşkil edib.



"Onlardan 28 098 nəfəri kişi, 45 777 nəfəri isə qadındır. 2023-cü ildə ölkədə bədxassəli yenitörəmə diaqnozu ilə qeydiyyata alınan insanların sayı 69 435 nəfər olub. Onlardan 25 840 nəfəri kişi, 43 595 nəfəri qadın idi", - deyə məlumatda bildirilib.

Sonda belə bir statistikanı da diqqətə çatdırmaq istərdik:

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) onkoloji xəstəliklərin problemləri ilə məşğul olan Beynəlxalq Xərçəngin Öyrənilməsi Agentliyinin (BXÖA) hesablamalarına görə, 2022-ci ildə dünyada 20 milyon xərçəng xəstəsi qeydə alınıb. 9.7 milyon insan bu xəstəlikdən dünyasını dəyişib. Diaqnoz qoyulan andan 5 il sonra sağ qalan insanların sayı 53.5 milyon olub. Təqribi olaraq hər beşinci adamda xərçəng xəstəliyi inkişaf edir, təxminən doqquz kişidən biri və on iki qadından biri xərçəngdən dünyasını dəyişir.

Xərçəng xəstəlikləri arasında ən çox yayılmış ağciyər xərçəngidir. Xərçəngə yeni yoluxma hallarının (2.5 milyon) 12,4 faizi bu növün payına düşür.

İkinci yerdə süd vəzi xərçəngi (2.3 milyon yoluxma, 11,6 faiz), kolorektal xərçəng (1.9 milyon yoluxma, 9,6 faiz), prostat vəzi xərçəngi (1.5 milyon, 7,3 faiz) və mədə xərçəngi (970 000 yoluxma, 4,9 faiz) gəlir.

Xəbər 116 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.08.2025  15:57 

Xəlilovlar Putini seçdi

01.08.2025  13:47 

Kredit kartlarına LİMİT QOYULDU

01.08.2025  11:25 

Məşhur karaoke klubu bağlandı


BÜTÜN XƏBƏRLƏR +