İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub


15.12.2023  09:59 

Bu gün “moyka“ sahibinin də hərəmxanası var





A+  A-

Səfəvilər imperiyasının dağılmasına Səfəvi elitasının seksual pozğunluğu səbəb oldu. Səfəvilər haqqında yazılan bütün mənbələrdə bu səbəb ən başda qeyd olunur.

Səfəvi şahları, şahzadələri aylarla hərəmxanalardan çıxmırdılar.

Nəticədə Lut qövmünün başına gələnlər Səfəvi dövlətinin başına gəldi: İfrat seksual həzz düşkünlüyü dövlət əxlaqını çürütdü və bu dəfə tanrı deyil, tarix vaxtilə Sodom şəhərinin başına yağan daşları Təbrizin başına yağdırdı.

Səfəvilər dağıldı, amma arvadbazlıq əlinə pul düşən azərbaycanlının güc göstəricisi ənənəsi olaraq milli mühitə yayıldı. Hətta bu gün də Səfəvi coğrafiyasında kişi mühitlərində söhbət nədən gedirsə-getsin hərlənib-fırlanıb instinktiv bir ehtiyacla arvadbazlıq mövzusuna gəlir.

Seksual pozğunluq bu gün də bir güc, bir üstünlük göstəricisi kimi gündəmdədir. Vərdiş olunmuş adətə tövbə yoxdur məsələsi.

Özünü, varlığın mövcud halını aşmaq, fövqünə qalxmaq qazancı mənəvi zövq olan intellektual dırmanmadır.

Özünü, varlığın mövcud halını intellektin iştirakı olmadan da "aşmaq" mümkündür. Bu dəfə "aşmaq" qazancı mənəvi zövq deyil, cinsi həzz olan dibə enməklə gerçəkləşir.

Bu gün əlinə pul düşən azərbaycanlının ilk işi (istisnalardan danışmırıq) mövcud dəyərlərin dibinə enməklə ifrat həzzə sahib olmaqdır. Ətrafında əxlaqi dəyərlərdən tamamilə arınmış bir mühit yaratmaqdır.

Bakıda artıq adı üstündə olan və heç bir əxlaqi dəyərin içəri buraxılmadığı belə məkanlar mövcuddur. Və bu məkanlara üz tutanların çoxu can verməkdə olan mədəniyyətimizin yardım üçün əl açdığı insanlardı.

Mədəniyyətimiz də elə buna görə ölməkdə davam edir, çünki əl açdığı adamlar əxlaqi dəyərlərin dibinə enib öz gücünü ifrat seksual pozğunluğa sahib olmaqla təsdiqləyən adamlardı.

Səfəvilərdə yalnız şahın hərəmxanası vardı, bu gün "moyka" sahibinin də hərəmxanası var.

Və ifrat həzz axtarışı artıq arvadbazlığın mutasiyası olan Orta əsr oğlanbazlığını da dirildir.

Əxlaqımız bu dəfə düzgün yolla qazanılmayan pulun əsiridir!

Aqşin Yenisey

Xəbər 1359 dəfə oxunub.




22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +