Gürcüstanda qətlə yetirilən azərbaycanlı ilə bağlı AÇIQLAMA
Sabahın HAVAsı: Yağış yağacaq
Avropanın müdafiəsini gücləndirməliyik - Keir Starmer
Xarkovda ruslara işləyən agentlər yaxalandı
Bakıda “Rus Evi” hansı qanunu pozub?
1 milyon mənimsəməyən Raqif Abbasov azadlıqdadır?
Gömrük Komitəsində yenə problem: Tələbələrin təqaüdü verilmir
Fərəcullayev kimdir, ona münasibət necə olmalıdır?
Bu xidmətin 5.5 milyonluq tenderinə “stop” qoyuldu
Ukrayna və Rusiya arasında 110 döyüş qeydə alınıb


17.03.2024  12:05 

Sumqayıtda tank mərmisi aşkarlanıb





A+  A-

Sumqayıtda tank mərmisi aşkarlanıb.

Bu barədə Xəzərnews.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Nazirliyin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd 122 mm-lik tank mərmisi olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Xəbər 971 dəfə oxunub.




04.02.2025  14:41 

Sabahın HAVAsı: Yağış yağacaq

04.02.2025  12:12 

DYP piyadalara XƏBƏRDARLIQ ETDİ

04.02.2025  12:10 

Bu ərazilərdə su OLMAYACAQ


BÜTÜN XƏBƏRLƏR +