Məcnun Məmmədova ağır ittihamlar
Tofiq Xanəliyev barəsində cinayət işi başlanıb
Sabah Bakıda külək olacaq, yağış yağacaq
Netanyahu xəstəxananın vurulmasını “faciəli hadisə” adlandırıb
Krım pilotsuz təyyarələrin hücumuna məruz qalıb
Kiyevdə rus casusu saxlanıldı
Polis 44 kiloqram narkotik vasitə aşkarlayıb
Peşə təhsil müəssisələrinə boş qalan yerlərə qəbul başlayır
Nəsiminin məzarı Suriyadan Azərbaycana gətirilir?
Mirzə İbrahimov: Sizin yoxsa, bizim...


11.08.2025  10:20 

Anasını təhqir edən şəxsi bıçaqlayan məktəbli cəzalandırıldı





A+  A-

Şəki Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən, yetkinlik yaşına çatmayan Əhməd Cəfərovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

XəzərNews.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Tural Əfəndizadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Əhməd Cəfərova şərti cəza verilib.

İttihama görə, hadisə 2024-cü ildə Qəbələ şəhərində qeydə alınıb.

Belə ki, 2008-ci il təvəllüdlü Əhməd Cəfərov gecə saatlarında mobil nömrədən həmkəndlisi və əvvəlcədən anası ilə aralarında olan mübahisələr nəticəsində küsülü, habelə ailə üzvləri ilə ədavətli olan zərərçəkmiş Zamiq Qafarova (soyadı şərtidir) bir neçə dəfə zəng edərək onu görüşə çağırıb. O, 40 yaşlı zərərçəkmiş şəxsin digər şəxslərin, eləcə də onlardan torpaq almaq istəyən istintaqa məlum olmayan şəxsin yanında anası, həmçinin onun ailə üzvlərinin əxlaqsız və pozğun olması barədə danışmasını əsas gətirib, bu barədə ona iradını bildirib.

Sərxoş vəziyyətdə olan Əhməd görüş zamanı Zamiqlə mübahisə edərkən üzərində götürdüyü mətbəx bıçağı ilə onun qarın nahiyəsindən bir dəfə qəsdən vuraraq bədən xəsarəti yetirib.

Hadisədən sonra Əhməd Cəfərov saxlanılıb və barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə növündə qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Əhməd Cəfərov hadisəni törədən zaman məktəbin 11-ci sinfində oxuyurmuş.

Xəbər 700 dəfə oxunub.



26.08.2025  12:30 

Kiyevdə rus casusu saxlanıldı

25.08.2025  20:25 

Xocavənddə yanğın başlayıb


BÜTÜN XƏBƏRLƏR +