Ağcabədidə evdə qumbara partladı: 5 nəfər ÖLDÜ
Pezeşkian türklərə qarşı təhqirlərdən danışdı: “Qəbuledilməzdir”
Ukraynaya 102 “Şahed”lə hücum edildi
Döyüldüyü deyilən azərbaycanlı diplomat cərimələndi
Azərbaycan çempionu təyyarə qəzasında həlak oldu
Azərbaycan diasporunun üzvləri Kurqanda NİYƏ SAXLANILDI?
DYP sürücülərə müraciət etdi
Yeni Dövlət Proqramı Bakıda sıxlığı azaldacaqmı?
Səhiyyə Nazirliyindən plastik cərrahlara XƏBƏRDARLIQ
Polkovnik dələduzluqda ittiham olunur


31.01.2025  10:46 

Sürgündəki SƏS!





A+  A-

Bəzən o səsləri eşitmirik... Sanki qulaqlarımızı tıxayıb Vətənimiz kimi taleyimizi də ikiyə bölən səbəbkarları yox saymaq istəyirik. Bəlkə də, ayrılığın ağır yükü yorub, yıpradıb bizi, ümidsizlik Arazın lal axan çayı kimi səssizliyimizə çevrilib. Beləcə, o tayda minlərlə tale Tanrının ümidinə buraxılıb. Güneyi tərk etməkdən başqa yolu olmayan soydaşlarımızsa qərib ellərdə yurd salıblar - “Mühacir Vətən” yaradıblar. Onlardan biri də Elyaz Yekanlıdır. 1975-ci ildə Güney Azərbaycanda - Culfa rayonunun Yekanat kəndində, Arazın sahilindəki Çənlibeldə doğulub.

Uşaqlıq illləri İran-İraq müharibəsinə təsadüf edib, molla rejimi nümayəndələrinin kəndləri gəzib yüzlərlə gənc soydaşımızı zorla savaşa apardıqlarını gözləri ilə görüb. Evlərinə tabutda qayıdan o laçın gənclərə anaların dediyi ağılar hələ də qulaqlarından getməyib.



Fars dilini bilməyən digər türk uşaqları kimi Elyaz da məktəbdə dəfələrlə şiddət görüb. Səbəbini o zaman uşaq ağılı ilə dərk etməsə də, sonralar bunun assimliyasiya olduğunu anlayıb. İstər Pəhləvi, istərsə də mollaların hakimiyyəti dönəmində türklərin milli kimliyinin tanınmamasını, həmişə ayrı-seçkiliyə məruz qaldığını zamanla dərk edib. Soydaşlarımız ana dilində yalnız öz evlərində danışa biliblər. Gizlicə Azərbaycan mahnılarına, filmlərinə baxıblar. Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Rübabə Muradova kimi ifaçıların mahnılarını dinlədiklərinə, “O olmasın, bu olsun” kimi kolaritli Azərbaycan filmlərinə baxdıqlarına görə soydaşlarımıza edilən zülmün, kəndlərə basqınların, evlərin damlarındakı antenaların sökülüb atıldığının şahidi olub Elyaz Yekanlı.

Onun uşaqlığı, gəncliyi Quzey Azərbaycan həsrətilə keçib, o taydan sehirli, ecazkar görünən bu tayın işıqları sonrakı taleyində mayak rolunu oynayıb.

Azərbaycanla tanışlığı isə Arazın bu tayındakı Naxçıvanla başlayıb. İstər Pəhləvi, istərsə də molla rejiminin “o tayda yaşayanlar kafirdirlər, onlar adamları öldürürlər, o tərəfə baxmayın” kimi yasaqları hələ uşaq olan Elyazın Quzeyə sevgisinə son verə bilməyib. Böyüdükcə, anladıqca bu sevgi onu həqiqətə tərəf aparıb. Bir gün Nəcibə və Alagöz bacıları Arazın sularında gözdən itəndə ikiyə bölünən yurdun həsrətinin, ayrılığının uzun çəkəcəyini anlayıb.

Amma Sovet imperiyası dağılanda - tikanlı məftillərin kəsilib doğrandığı günlərdə o taylı - bu taylı bacı-qardaşların bir-birinin üstünə necə atıldığının şahidi olanda isə bu ayrılığın sonu gəldiyinə çox inanmışdı...

Bütün bunlara baxmayaraq o, bir gün Quzey Azərbaycana qovuşacağını da bilirdi. Arazda boğulmaqdan ehtiyat etdiyinə görə niyyətinə çatmaq üçün Ərdəbilə gedir, Germinin kəndlərindən Quzey Azərbaycana keçir.

Daha sonra Urmiyanın Şəbüstər şəhərinə üz tutan Elyaz Yekanlı orada Doktor Zehtabi ilə tanış olur. Bu tanışlıq onun həyatının dönüş nöqtəsinə çevrilir. Zehtabinin açdığı kurslarda türkcəni, türk ədəbiyyatını, tarixini öyrənməyə başlayır. Lakin rejim cəlladlarının doktora qıyması Elyazın Güneylə bağlı bütün ümidlərini alt-üst edir. O, yenə də çıxış yolunu Quzey Azərbaycana keçməkdə görür.

1993-cü ildə o, arzusuna çatır. Bu o zamanlar idi ki, ermənilər Azərbaycan torpaqlarını işğal edirdilər. Elyaz da Vətən torpağının müdafiəsinə qalxan əsgərlərə qoşulmaq istəyirdi. Lakin sərhədi qanunsuz olaraq keçdiyinə görə Quzey Azərbaycanda həbs edilir, bir müddət sonrasa İrana təhvil verilir. Molla rejiminin sorğu-sualı, təzyiqi ilə üzləşən Elyaz həbsdə çətin günlər yaşayır, amansız şiddət görür, 5 il həbsxana divarları arasında olmazın əziyyətlər çəkir.

Çox çətinliklə də olsa, bir gün həbsdən qaçır və Türkiyəyə üz tutur. Oradan isə Avropaya, daha sonra Amerikaya sığınır. Beləliklə, daha bir soydaşımız “Mühacir Vətən”in sakini olur...

Elyaz Yekanlı ABŞ-nin vətəndaşlığını alandan sonra Azərbaycan həqiqətlərini dünyaya yaymaq üçün yollar axtarır və “ANT” adlı televiziya kanalında fəaliyyət göstərir. Səsini dünyanın hər yerində yaymaq üçün yollar axtarır. Onun fəaliyyəti təkcə Amerika və Avropanın ayrı-ayrı ölkələri ilə məhdudlaşmır.

Molla rejimini ifşa edən soydaşımızın İrana girişi qadağan olunur. O, Güneydəki qardaş - bacılarının həsrəti ilə yaşamağı gözə alır, milli mücadiləsini davam etdirməyə qərar verir.

Müstəqillik qazanandan sonra yenidən Quzey Azərbaycana səfər edir. Gəncədə, Beyləqanda və digər şəhərlərdə məskunlaşan məcburi köçkünləri lentə alır, onların gün-güzaranlarını olduğu kimi dünya ictimaiyyətinə çatdırmağa çalışır.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən Müharibəsindəki tarixi qələbəmiz Elyazın fəaliyyəti kimi ümidlərini də artırır. O, Azərbaycan ordusunun, döyüşçülərimizin qəhrəmanlığı haqqında reportajlar hazırlayır, Zəfərimizi beynəlxalq ictimaiyyətə çatdırır. Şəhidlərimizin şərəfli ömür yollarından, əsgərlərimizin şücaət və qəhrəmanlıqlarından bəhs edən filmlər çəkir, verilişlər hazırlayır.

Bu günə kimi 100 min dəqiqəlik film çəkərək müxtəlif sosial platformalarda yayımlayan Elyaz Yekanlı Azərbaycanın bütün bölgələrini qarış-qarış gəzir, şəhid ailələri ilə görüşür. Qəhraman oğullarımızı, qazilərimizi dünyayada tanıdır. Bu işdə ona şair-jurnalist dostu Rauf İlyasoğlu da böyük dəstək olur.

“Mən hər bir şəhid ailəsinə, hər qaziyə söz verirəm ki, təşkilatların və imkanlı insanların köməyi ilə igid qəhrəmanlarımız haqqında kitablar nəşr edəcək, onları müxtəlif dillərə çevirəcəyik. Ümidlüyəm ki, Azərbaycanda və dünyada yaşayan soydaşlarımız bu nəcib işdə bizə kömək göstərəcəklər”, - deyir Elyaz Yekanlı...

O, bu gün də milli mücadiləsini davam etdirir. Amma onun bu məsləyə yanaşması Avropada və Amerikada mövcud olan Güney təşkilatlarından fərqlidir. Hesab edir ki, “dövlət quracaq, bayraq çıxaracağıq” deməklə nə dövlət qurmaq olar, nə də birləşmək. Dr. Zehtabi, Dr.Cavad Heyət bu işi görmədi, amma onlar millətimizi maarifləndirməklə prosesi davam etdiridilər.

Elyaz Yekanlı İran türklərinin bir diktaturanın digəri ilə əvəzlənməsinin əleyhinə olduğunu deyir. Hətta zaman-zaman Güneydə başlayan oyanış bəzi etirazçıların şah rejiminə dəstək şüarları səsləndirməsi də onun üçün qəbuledilməzdir. Düşünür ki, məhz şah dönəmində Azərbaycan türkləri bir çox fundamental hüquqlardan məhrum edilmiş və zülmə məruz qalmışdılar.

Pozan TV


Xəbər 59 dəfə oxunub.





31.01.2025  12:27 

Faytonçu Nazim insult keçirdi

31.01.2025  11:17 

DYP sürücülərə müraciət etdi

31.01.2025  10:46 

Sürgündəki SƏS!

31.01.2025  10:16 

Bu yol sabahdan bağlanır

30.01.2025  15:37 

Müəllimlərin nəzərinə!


BÜTÜN XƏBƏRLƏR +