Neftin qiyməti bəlli oldu
Yaşayış binasında qaz partlayışı baş verib
Son 24 saat ərzində 165 hərbi toqquşma
Ramazan ayının 25-ci günü
Parisdə Novruz qeyd olundu - Foto
Qəzada ölən soydaşımızın yaxınları axtarılır
İmamoğlunun həbsinə görə aksiyalara qoşulmayın... - Müraciət
Ermənidən daha çox ermənilik edən azərbaycanlı kimdir?
İtkin düşmüş üç rəfiqədən daha biri tapılıb.
Sabah hava necə olacaq?


27.07.2022  14:14 

Şuşaya yağan yağış





A+  A-

Mən dünyaya gələndə Şuşa düşmənlər tərəfindən işğal olunmuşdu. İlk dəfə “ Şuşa” sözünü nə vaxt eşitdiyim yadımda deyil.

Bəlkə də Məmməd babamın Şuşada çəkdirdiyi şəklə baxanda anamdan eşitmişəm “ Şuşa” sözünü? Bəlkə anamın Şuşada, İsa bulağında çəkdirdiyi şəklə baxanda anam bu şəhər haqda mənə danışıb? Ən çox yadımda qalan odur ki, biz məktəbdə oxuyanda torpaqlarımızın işğal olunduğu günləri əzbərləyirdik.

Şuşanın işğal tarixi: 8 may,1992-ci il. Şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı sayəsində torpaqlarımız azad olundu.

Məktəbli olanda Şuşanın işğal tarixini əzbərləyərkən heç vaxt ağlıma da gəlməzdi ki, illər keçəcək, 2022-ci ilin iyulun 22-də Mətbuat gününü Şuşada bayram edəcəm.

Ağlıma da gəlməzdi ki, Şuşadan Bakıya qayıdarkən Füzuli hava limanında təyyarəyə minəcəm, həyatımda ilk dəfə...

Şuşada olmaq, onun təmiz havasını udmaq,yaşıllığa bürünmüş dağlarını seyr etmək bir vaxt mənə yuxu kimi gələrdi...

Yuxularımız həqiqətə çevrildi...

Biz orda olanda qəflətən yağış yağdı. Sanki göylərdən sevinc göz yaşları yağırdı üstümüzə. Şuşa yağışında islandıq. Şuşa yağışı hopdu üzümüzə.

Biz Bakıya yola düşəndə qaranlıq idi. Amma ürəyimdə sanki bir işıq yanırdı. Sanki Şuşada qürub edən günəşin bir zərrəsi ürəyimə köç etmişdi - əbədi olaraq.

Biz Şuşada olanda qəflətən yağış yağdı...

Şuşa azad olunandan bəri o qədər yağış yağıb ki...

Güclü yağışlar düşmənlərin bütün ayaq izlərini yuyub...

Şəhid qanıyla suvarılmış o torpaqlara yağan yağışların hər damlası bir qırmızı çiçəyə dönüb o torpaqda əbədi məskən salıb...

Şuşaya yağan yağışın hər damlası bir çiçəkdır...

Gültən Qədirli

Xəbər 1728 dəfə oxunub.



25.03.2025  11:56 

Mən müəlliməm…

25.03.2025  11:34 

Neftin qiyməti bəlli oldu

24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto

24.03.2025  13:00 

Sabah hava necə olacaq?

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...


BÜTÜN XƏBƏRLƏR +