Neftin qiyməti bəlli oldu
Yaşayış binasında qaz partlayışı baş verib
Son 24 saat ərzində 165 hərbi toqquşma
Ramazan ayının 25-ci günü
Parisdə Novruz qeyd olundu - Foto
Qəzada ölən soydaşımızın yaxınları axtarılır
İmamoğlunun həbsinə görə aksiyalara qoşulmayın... - Müraciət
Ermənidən daha çox ermənilik edən azərbaycanlı kimdir?
İtkin düşmüş üç rəfiqədən daha biri tapılıb.
Sabah hava necə olacaq?


26.07.2022  10:08 

“200 min manat rüşvət verdiyini etiraf edir” - Hacı Qalib





A+  A-

“Ağasif Şakiroğlu başından böyük qələt edir. Polisi gətirib qoydurub bağa. Belə şey olar? Müəyyən mafioz qüvvələrin tapşırığı ilə bunu edir. İş hazırda məhkəmədədir. Bakı Apellyasiya Məhkəməsinin hakimi Şərafət Məmmədova Sabunçu Rayon Məhkəməsinin hakimi Əşir Səmədovun çıxartdığı qərarı geri qaytarıb ki, işə yenidən baxılsın. Sentyabrın 6-da ikinci Apellyasiya Məhkəməsi olacaq. Mən Ağasif Şakiroğluna qarşı tək özüm 700 min dollarlıq iddia qaldırmışam. Bilmirəm, buna nə vaxt baxacaqlar. Ağasif Şakiroğlunun əlində sənədi varsa, cürbəcür maklerlər niyə üstümə gəlirlər? Yüksək vəzifə sahibləri cəhd edirlər ki, bağlı alsınlar? Xeyr. Bu yer satılmır, satmıram…”

XəzərNews.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat Hacı Qalib Salahzadə Bilgəhdəki bağ evi barəsində danışarkən deyib.

Q.Salahzadə xatırladıb ki, sözügedən bağa dəfələrlə 25 milyon dollar təklif edənlər olub: “Demişəm, gedin, ölkə rəhbərindən icazə alın, sonra gəlin, söhbət edərik. Mən orda 8 ev tikmişəm. Ağasif Şakiroğlu kimdir ki, evlərimdən birini ala. Azərbaycanda ölkə rəhbərliyindən başqa heç kim mənə heç nə edə bilməz. O mafioz qüvvələr mənlik deyil. İndi yox, bunlar mənlə 27 ildir mübarizə aparırlar. Rəsul Quliyev 1995-ci ildə gedəndən sonra başladılar. Bunlar milçək olub heç mənim yanımdan keçə bilməzlər. Mən ancaq ölkə rəhbərliyindən qorxuram, ölkə rəhbərliyinin sözü mənim üçün qanundur. Başqa adamı sayan deyiləm.

Ağasif Şakiroğlu çıxıb deyir ki, “bağ məndədir”. Bağ səndə deyil, sadəcə, mən dövlətin qayda-qanununa tabe olan adamam. Bəli, burda polisin də şəxsi marağı var. Ağasif gedib camaata deyir ki, 50 min icraçılara vermişəm, 150 min də məhkəmənin sədrinə. Yəni el-oba, camaat arasında 200 min manat rüşvət verdiyini etiraf edir. Mənim belə şeylərlə işim yoxdur. Ağasif Şakiroğlu yox, Rəsuloğlu! Sən kimsən? Lotusan, “vorzakon”san? Kimsən ki, atmısan özünü ortaya? Deyirsən ki, “Rəsul Quliyev bağı mənə bağışlayıb”. Partiya sədiridir nədir, “geydirmə” şeydir. Danışığına bax, kriminal aləmdə “vorzakon”ların danışığı kimi… Necə yəni bağ mənimdir? İndi qarşısında polis qoydurduğu bağ onundursa, 80 sotu ayırıb necə Bilgəh qəsəbə nümayəndəliyinin sədri, Əli Əsədovun əmisi oğlu Vüqar Əsədova veriblər? Aktlar var, məhkəmə icraçılarının aktı… Şəxsən mən özüm Ağasif Şakiroğlunu burda mühafizə edirəm. Bilmirəm nə vaxt, ancaq Ağasif Şakiroğlu bağa girib-çıxır. Mən özüm onu qoruyuram ki, Allah eləməsin, başına bir şey gəlsə, deyəcəklər Qalib etdirib. Məhkəmə var, qanun var, narahat olmayın…”

Xəbər 2121 dəfə oxunub.



25.03.2025  11:56 

Mən müəlliməm…

25.03.2025  11:34 

Neftin qiyməti bəlli oldu

24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto

24.03.2025  13:00 

Sabah hava necə olacaq?

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...


BÜTÜN XƏBƏRLƏR +