Neftin qiyməti bəlli oldu
Yaşayış binasında qaz partlayışı baş verib
Son 24 saat ərzində 165 hərbi toqquşma
Ramazan ayının 25-ci günü
Parisdə Novruz qeyd olundu - Foto
Qəzada ölən soydaşımızın yaxınları axtarılır
İmamoğlunun həbsinə görə aksiyalara qoşulmayın... - Müraciət
Ermənidən daha çox ermənilik edən azərbaycanlı kimdir?
İtkin düşmüş üç rəfiqədən daha biri tapılıb.
Sabah hava necə olacaq?


22.06.2021  17:23 

Toylara nəzarət qaydaları açıqlandı





A+  A-

Daxili İşlər Nazirliyi (DİN) toylara icazə verilməsi ilə əlaqədar nəzərdə tutulan qaydalara aydınlıq gətirib.
XəzərNews.az xəbər verir ki, DİN-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyevin sözlərinə görə, toyların keçirilməsi ilə bağlı müəyyən normalar nəzərdə tutulub:

“Toy, nişan, ad günü məclisləri və bütün bu kateqoriyadan olan mərasimlərin keçirilməsi üçün məhdudiyyət normaları var. 50 nəfərə qədər olan tədbirlərdə maskalardan istifadə edilməsi mütləqdir. Ziyafət iştirakçıları yalnız qida qəbul edərkən maskasız ola bilər. Həmin tədbirlərdə vətəndaşdan COVID-19 pasportu tələb olunmur”.

Nazirlik rəsmisi qeyd edib ki, 50-dən 150 nəfərə qədər insan olan məclislərin keçirilməsində isə ciddi məhdudiyyətlər var:

“Toya dəvət olunan vətəndaşın mütləq şəkildə COVİD pasportu olmalıdır. Bununla yanaşı, COVID-19-a qarşı birinci doza peyvəndi qəbul edən şəxslər də müəyyən müddətdə məclisə buraxılacaq. Yəni, birinci dozanı qəbul edən vətəndaş avqust ayının 1-nə qədər böyük məclislərə buraxılacaq. Avqustun 1-dən etibarən isə COVID-19 pasportu olmayan şəxsin məclislərdə iştirakı qadağandır”.

E.Hacıyev vurğulayıb ki, həmin tədbirlərin təşkil olunduğu obyektlərin rəhbərləri, məclis sahibləri və iştirakçılar bu məsələdə diqqətli və məsuliyyətli olmalıdırlar:

“Masalar arasında sıxlıq normasına əməl olunmalı, restoranın personalı tibbi maska, əlcəklərdən və digər qoruyucu vasitələrdən istifadə etməlidir. Tədbir iştirakçıları və musiqiçilər isə maskadan istifadə etməyə bilərlər. Hər birimizdən tələb olunan məsələ qaydalara əməl etməkdir”.

O əlavə edib ki, bu məsələdə restoran sahibinin də üzərinə məsuliyyət düşür:

“Təşkil olunacaq toy və nişan mərasimi barədə restoran sahibi mərasimin vaxtından ən azı 5 gün öncə qonaqların sayı və məclisin müddəti barədə portala məlumat daxil etməlidir. Bununla yanaşı, restoran sahibi və toy təşkilatçıları iltizam imzalayır.

Həmin iltizamla onlar məclisdə qaydalara əməl olunmaqla bağlı öhdəlik götürürlər. Həmin öhdəliyə görə də toy sahibləri və restoran yiyəsi məsuliyyət daşıyır. Bu qaydalar pozulacağı təqdirdə öhdəlik götürən şəxslər qanunvericiliyə uyğun cəzalandırılacaq. Toy edən şəxs 150 nəfərdən artıq qonaq çağırmamalıdır”.

Şöbə rəisinin bildirdiyinə görə, bununla bağlı Daxili İşlər Nazirliyi əməkdaşları və digər nəzarətçi qurumlar mütəmadi monitorinqlər aparacaq:

“Aşkarlanan hər hansısa qanun pozuntusu barədə ciddi tədbirlər görüləcək”.

Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, iyulun 1-dən Azərbaycanda toy, nişan, ad günləri kimi mərasimlərin keçirilməsinə icazə verilir.

Xəbər 2647 dəfə oxunub.



25.03.2025  11:56 

Mən müəlliməm…

25.03.2025  11:34 

Neftin qiyməti bəlli oldu

24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto

24.03.2025  13:00 

Sabah hava necə olacaq?

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...


BÜTÜN XƏBƏRLƏR +