Şahin Şıxlinski barəsində qərar verildi
“Music Gallery” müştəriləri belə aldadır
Şahin Mustafayev Təbriz və Culfada səfərdə olub
Yelena Zelenska Melaniya Trampla görüşüb
Ukrayna Rusiya neft emalı zavodunu vurdu
Sabahın havası açıqlandı: Buludlu olacaq
İlhamə Elşadqızına hökm oxundu
Şagird və xadiməni döyən müavin necə cəzalandı?
Vasif Talıbovun 8.6 milyona aldığı otel görün kimindi?
Dənizçilərin sənədləri saxtalaşdırılıb?


23.09.2025  17:10 

Quru sərhədləri niyə açılmadı?





A+  A-

Azərbaycanda xüsusi karantin rejiminin müddəti yenidən uzadılıb. Yeni qərara əsasən, karantin yanvarın 1-dək davam edəcək. Sözügedən qərar, bir neçə ildir bağlı olan quru sərhədlərin vəziyyətini yenidən gündəmə gətirir.

XəzərNews.az xəbər verir ki, bu barədə modern.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə qeyd edib ki, pandemiya dövründən etibarən Azərbaycanda quru sərhədlərin bağlanması ilə bağlı qərar əsasən regiondakı hazırkı reallıqlara əsaslanaraq verilib.

“Baxmayaraq ki, pandemiya dövrü artıq arxada qalıb və bir çox ölkələr quru sərhədlərini çoxdan açıb, regionda mövcud olan siyasi və təhlükəsizliklə bağlı məsələlər isə Azərbaycanda sərhədlərin açılmasını hələ də gecikdirir”.

Millət vəkili əlavə edib ki, quru sərhədlərin bağlı qalması vətəndaşlar, xüsusilə də qonşu Gürcüstanda yaşayan soydaşlarımız üçün müəyyən çətinliklər yaradır.

Deputat vurğulayıb ki, quru sərhədlərin bağlı qalması təkcə avtomobil nəqliyyatına deyil, eyni zamanda dəmir yolu nəqliyyatına da aiddir.

“Yəni, quru sərhədləri açılmadığı halda, dəmir yolları vasitəsilə də sərnişin daşımalarının mümkün olacağı real görünmür. Bu baxımdan, quru sərhədlərin tam şəkildə açılmadığı müddətdə dəmir yolu nəqliyyatının da sərnişin daşımaları üçün fəaliyyətə başlaması gözlənilən deyil”,- deyə A.Əlizadə bildirib.

Xəbər 2698 dəfə oxunub.



24.09.2025  13:00 

İlhamə Elşadqızına hökm oxundu

24.09.2025  11:34 

Baş nazir QƏRAR İMZALADI

24.09.2025  10:43 

Bu ərazilərdə qaz olmayacaq

24.09.2025  10:41 

Xəzərdə zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +