Deputatın qızı xristianlığı qəbul edib?
Azərbaycanın tələbi ilə dəyişiklik etməyəcəyəm - Tatoyan
Binəqədidə marketlərdən quldurluq ediblər
Qurban Qurbanov ölkədən çıxan kimi.... - AFFA iclas keçirir
Şahin Mustafayev Aleksandr Novakla görüşdü
Yerimizi göstərdilər... - Açıqlama
Təzəpir məscidinin ətrafı da plana düşdü
Adil Əliyev üç sürücünü vəzifədən azad etdi
İlon Mask: Mühacirlikdən dünyanın ən varlı adamına
Vaqif Hüseynov 63 yaşında vəfat etdi -FOTO


25.11.2025  19:42 

ADDA və GIZ EasTnT arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb





A+  A-

Noyabrın 25-də Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) ilə GIZ (Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı) Ticarət və Nəqliyyat üçün Şərq Tərəfdaşlığı (GIZ EasTnT) arasında dənizçilik sahəsində təhsil, elmi-tədqiqat və peşəkar inkişaf istiqamətlərində əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.

XəzərNews.az xəbər verir ki, memorandumu ADDA tərəfindən rektor vəzifəsini icra edən Eldar Qocayev, GIZ EasTnT tərəfindən isə layihə meneceri Torben Heinemann imzalayıblar.

Anlaşma Memorandumu tərəflər arasında uzunmüddətli strateji əməkdaşlıq çərçivəsi yaratmağı hədəfləyir. SənədbAlmaniya və digər ölkələrin ali təhsil müəssisələri ilə tələbə və müəllim mübadiləsinə, ADDA tələbələrinin beynəlxalq təcrübə proqramlarında və təlimlərdə iştirakına, dəniz mühəndisliyi, logistika, dəniz hüququ, ekoloji təhlükəsizlik və enerji səmərəliliyi üzrə birgə təhsil proqramlarının təşviqinə, yaşıl limanlar, rəqəmsallaşma, nəqliyyat dəhlizləri və enerji infrastrukturu mövzularında birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsinə, gənc tədqiqatçılar üçün təqaüd və qrant imkanlarının artırılmasına, Almaniya və digər ölkələrdən mütəxəssislərin iştirakı ilə mühazirə, seminar və konfransların təşkilinə dəstək göstərilməsini əhatə edir.

Bu Memorandum ADDA-nın beynəlxalq əməkdaşlıq strategiyasının genişləndirilməsinə, dənizçilik sahəsində qabaqcıl təcrübələrin ölkəmizə transferinə və tələbə-müəllim heyətinin qlobal təhsil imkanlarına çıxışının artırılmasına xidmət edəcək.

Xəbər 1524 dəfə oxunub.




26.11.2025  12:22 

Sabahın havası açıqlandı

25.11.2025  16:43 

Prezident 2 fərman imzaladı

25.11.2025  15:41 

Zelenski ABŞ-a səfər edə bilər


BÜTÜN XƏBƏRLƏR +