İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub


09.10.2023  17:22 

“Vasmoy bazarı” ilə bağlı qalmaqal yenidən gündəmdə...





A+  A-

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin idarə rəisi Akif Çovdarovun cinayət işi ilə bağlı müsadirə edilmiş 8-ci kilometr bazarı haqda yenidən məhkəməyə müraciət edilib.

Xəzərnews.az xəbər verir ki, bu barədə “Qafqazinfo” məlumat yayıb.

Bildirilib ki, şikayət bazarın keçmiş sahiblərindən olan Çingiz Əsədov tərəfindən təqdim olunub.

Ç.Əsədov iddia edir ki, “Vasmoy bazarı” kimi tanınan ticarət mərkəzi zorla onun əlindən alınıb, mükiyyət hüququ pozulub. O, maraqlı şəxs kimi işə qoşulub.

Maraqlı şəxs bu dəfə Bakı Apellyasiya Məhkəməsinin sonuncu qərarından narazıdır.

Həmin qərarda onun şikayəti rədd edilib, sözügedən bazar da daxil olmaqla Akif Çovdarovun müsadirədən azad olunmuş əmlakları yenidən dövlət nəfinə alınıb.
Şikayətə Ali Məhkəmədə baxılacaq.

Xatırladaq ki, Akif Çovdarov 2017-ci ildə Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, onun 30 milyon manatlıq əmlakı müsadirə edilib, general rütbəsindən məhrum edilməsi üçün Prezidentə təqdimat göndərilib. Dövlət başçısının sərəncamı ilə A.Çovdarov general rütbəsindən məhrum olunaraq əsgər rütbəsinə endirilib.

2020-ci ildə imzalanmış əfv sərəncamı ilə Akif Çovdarov azadlığa buraxılıb. Bundan sonra eks-general müsadirə edilmiş əmlaklarını geri qaytarmaq üçün mübarizəyə başlayıb.

2022-ci ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi onun 30 milyon manatlıq əmlakının müsadirədən azad olunaraq sahiblərinə qaytarılması barədə qərar qəbul edib. Lakin bir müddət sonra Ali Məhkəmə prokurorun protesti əsasında həmin qərarı ləğv edib. Bakı Apellyasiya Məhkəməsi təkrar baxış zamanı birinci instansiya məhkəməsinin müsadirə qərarını qüvvədə saxlayıb.

Xəbər 3221 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +