Azyaşlı qızı döyüb videoya çəkdilər
Bank kartlarından 41 048 manat oğurlandı - Son iki gündə...
Üç sahibkarın 4 milyon manatını ələ keçirdi... - Məhkəmə
İntiqam Babayev işdən çıxarıldı
Qadın hərbçimiz qəzada öldü - Kəlbəcərdə
Bir nəfər Milli Parkda dənizə düşüb
Onkologiya Mərkəzində xəstə yaxınlarından pul tələb olunur - İddia
Müdafiə Nazirliyi cavab verdi: Yalandır...
Şimşək çaxacaq, leysan yağacaq... - Sabahın havası
Nobel mükafatçısı vəfat etdi


07.06.2024  19:29 

“Nar” yeni mağazasını Ağstafada təqdim etdi





A+  A-

Azərbaycanın sərfəli mobil operatoru “Nar” yenilənmiş mağazasını bu dəfə Ağstafa şəhərində təqdim etdi. Yeni konseptli mağaza “Nar”ın bütün ölkə boyunca xidmətlərinin əlçatanlığını və müştəri məmnuniyyətini yüksəltmək siyasətini nümayiş etdirir.

Xəzərnews.az xəbər verir ki, göz oxşayan xarici görünüşü ilə Heydər Əliyev prospekti 40 ünvanında yerləşən yeni konseptli mağazanın peşəkar heyəti hər bir müştəriyə fərdi yanaşma göstərərək onların istəklərinə uyğun xidmətlər təqdim etməyə hazırdır. Mağaza “Nar” xidmətləri ilə yanaşı, mobil telefon və aksessuar satışı da həyata keçirir.

“Bu gün ölkənin ən qərb regionlarından biri olan Ağstafada yeni konseptli “Nar” mağazasının açılışını etməkdən çox məmnunuq” – deyə “Nar”ın (Azerfon MMC) Baş İcraçı Direktoru Qunnar Panke bildirib. Onun sözlərinə görə, yenilənmiş mağaza bölgələrdə yaşayan müştərilərə daha da yaxın olmaq və onların gözləntilərini öyrənmək üçün imkan yaradır: “Bu addım “Nar”ın, sərfəli xidmət strategiyası ilə doğru yolda olduğunu bir daha təsdiqləyir”.

Paytaxtda və regionlarda sizə yaxın “Nar” mağazasının ünvanını öyrənmək üçün nar.az saytına daxil ola bilərsiniz.

“Nar” hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Xəbər 6184 dəfə oxunub.




14.04.2025  13:05 

Nobel mükafatçısı vəfat etdi

14.04.2025  12:54 

Azərbaycanda bloger həbs edilib

14.04.2025  11:46 

Siqaretlər yenidən bahalaşıb

13.04.2025  11:57 

Ölkədə faktiki hava açıqlandı


BÜTÜN XƏBƏRLƏR +