Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub
DİN vətəndaşlara müraciət edib...- Növbəti dəfə
Hafiz Həsənov ev dustağı oldu


01.09.2022  09:02 

Milli azlıqlardan olan şəhidlər tanıdılacaq... – Layihə





A+  A-

“Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai “Milli azlıqlardan olan şəhidlərin tanıdılması, bu kateqoriyadan olan gənclər arasında azərbaycançılığın və Vətən müharibəsi qələbəsinin təbliği” layihəsinin icrasına başlayıb.

İB-dən XəzərNews.az-a verilən məlumata görə, layihənin məqsədi müxtəlif səbəblərdən unudulan 25 şəhid gəncimiz haqqında, onların ailələri ilə müsahibələrin, foto-reportajların hazırlanması, xatirələrinin əbədi tutulması, həmçinin yeniyetmə və gənclərə Azərbaycançılıq ideologiyasını təbliğ etmək, cəmiyyətdə ayrı-seçkilik, bölücülük fəaliyyətlərinə qarşı ümumi mübarizə ruhunun formalaşmasına kömək etməkdir.

İki ay müddətində icra olunacaq layihə Lənkəran, Astara və Lerik rayonlarını əhatə edəcək.

Bu rayonlara səfər edəcək İB üzvləri şəhidlərin ailələri, yaxınları, müəllimləri ilə görüşüb söhbətlərin aparacaq, reportrajlar hazırlayacaq, şəhid məzarları ziyarət olunacaq, ailələrin problemləri Arayış formasında ayrı-ayrılıqda tərtib olunaraq müvafiq dövlət orqanlarına göndərilməsi üçün donora təqdim ediləcək, yeniyetmə və gənclərdə vətənpərvərlik hissini gücləndirilməsi, onlara Vətən müharibəsi qələbəsi haqqında ayrı-ayrı şəhidlərin şərəfli döyüş yolundan nümunələr təqdim olunacaq.

Layihənin icrasında məqsəd həm də azərbaycançılığın milli birliyin təminatında rolunun ictimai-siyasi, sosial-iqtisadi, mədəni-humanitar mahiyyətinin ictimailəşdirilməsidir.

Qeyd edək ki, “Milli azlıqlardan olan şəhidlərin tanıdılması, bu kateqoriyadan olan gənclər arasında azərbaycançılığın və Vətən müharibəsi qələbəsinin təbliği” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.





Xəbər 2433 dəfə oxunub.




22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +