Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub
DİN vətəndaşlara müraciət edib...- Növbəti dəfə
Hafiz Həsənov ev dustağı oldu


04.12.2020  21:28 

Dünən toy edənlər həbs olundu





A+  A-

Karantin qaydalarını pozaraq toy edənlər cəzalandırılıb.
XəzərNews.az xəbər verir ki, dekabrın 3-də Şərur rayonunda yerləşən "Siyaqut" şadlıq sarayında toy məclisinin təşkil olunması ilə bağlı sosial şəbəkə istifadəçiləri tərəfindən video paylaşılıb. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları dərhal həmin əraziyə yollanaraq karantin qaydasının pozulması faktını aşkar ediblər.

Toy məclisinin təşkilatçısı - şadlıq sarayının müdiri Rüstəmov Hüseyn Yəhya oğlu, toy sahibi və məclisdə iştirak edənlər saxlanılaraq Şərur Rayon Polis şöbəsinə gətiriliblər. Şadlıq sarayının müdiri Rüstəmov Hüseyn Yəhya oğlu və ictimai qınaqlara məhəl qoymayan məclis iştirakçısı Rzayev Həbib Rafiq oğlu xüsusi karantin qaydalarını pozduqlarına görə məhkəmənin qərarı ilə hər biri inzibati qaydada 7 sutka həbs ediliblər.

Toy sahibi və məclisdə iştirak edən digər şəxslər isə İnzibati Xətalar Məcəlləsinə əsasən cərimə olunublar.

Xəbər 2673 dəfə oxunub.




22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +