Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub
DİN vətəndaşlara müraciət edib...- Növbəti dəfə


10.12.2021  14:00 

Nazirlərin qoruyucu “mələkləri”





A+  A-

Deyəndə ki, əvvəllər siyasət də, mətbuat da indikindən daha maraqlı idi, gənc nəsil adama çəpəki baxır. Vallah və billah, elədir ki var...

Əvvəllər istənilən nazirin, komitə sədrinin, agentlik, hətta kiçik qurumun rəhbərliyinin keçirdiyi mətbuat konfrasda iştirak üçün hər birimiz həvəsliydik. Nədən ki, həmin nazir, komitə sədri, agentlik, hətta kiçik qurumun rəhbərliyinin məsul olduğu sahənin problemləri ilə bağlı sual verib, yaxşıdan, pisdən cavab alardıq. Suallar ütülü olmazdı, verilən cavabların jurnalisti qane edib-etmədiyi bir başqa söhbətdi. Onda elə bil, nazirlərin (komitə sədrləri, agentlik, hətta kiçik qurumun rəhbərlərini hələ demirəm) özləri də mətbuatda görünməkdə maraqlıydılar. Təkcə mətbuat konfranslarında yox, digər tədbirlərdə də jurnalistlərin suallarını can-başla, həvəslə cavablandırardılar. Nədən ki, onda mətbuatın da dəyəri vardı. Nazir və ya komitə sədri bilirdi ki, cavabdehlik daşıdığı sahənin problemlərindən danışmasa, yalandan-gerçəkdən həlli yollarını deməsə, jurnalist əl çəkməyəcək. Amma indi...

Bilirəm, deyəcəksiniz ki, Allahın verən günü bu və başqa nazir mətbuat qarşısına çıxır. Çıxmağına çıxır, amma necə? Məsul olduğu sahə ilə bağlı əzbərlədiyi ütülü cümlələri deyib, qaçır. Getmir ha, qaçır... Nazirlərin mətbuatdan qaçmalarına şərait yaradan da elə onların mətbuat katibləridir.

İndi mətbuat katiblərinin bəzisi nazirlərin, komitə sədrlərinin mühafizəçisi kimi davranır, həm də. Mətbuat konfransında “xahiş edirəm, o sualı verməyin”, “filan məsələylə bağlı sorğu göndərin, cavablandıraq” - deyib, tədbirdən əvvəl jurnalistləri yanlayan mətbuat katibləri yetərincədir. Əgər jurnalistə cavab almalı olduğu sualı verməyə imkan yaradılmayacaqsa, olmaz olsun elə mətbuat konfrasını. Ondansa, 1000-1500 işarəlik yazıda ən azı 5-6 səhvlə dolu olan press-relizlərinizi göndərin, jurnalist də onun başına-gözünə döyüb, yazı hazırlasın. Nə siz “teloxranitel”lik edin, nə də jurnalist sizin “Çin səddi”nizi keçmək üçün dəridən-qabıqdan çıxsın.

Naziri mətbuatdan qoruyan katiblərin əksəriyyəti elə mətbuatdan gedənlərdi. Bu isə ayrı bir dərddi..

Sizin işiniz bir nazirliyi, komitəni, agentliyi, hətta kiçik qurumu ictimaiyyət qarşısında təmsil etməkdir, təbii ki, bacardıqca. Mühafizəçi işində gülünc vəziyyətdə görünürsünüz...

Qalib İbrahimoğlu

Xəbər 5495 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +