Ramazan ayının 25-ci günü
Parisdə Novruz qeyd olundu - Foto
Qəzada ölən soydaşımızın yaxınları axtarılır
İmamoğlunun həbsinə görə aksiyalara qoşulmayın... - Müraciət
Ermənidən daha çox ermənilik edən azərbaycanlı kimdir?
İtkin düşmüş üç rəfiqədən daha biri tapılıb.
Sabah hava necə olacaq?
Əli Əhmədova ağır itki üz verib
“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq


08.09.2023  09:41 

General oğlu tender kralına çevrilir... - “ATL Tech” MMC 1 ildə 7 tender udub





A+  A-

“Azərenerji” ASC tərəfindən keçirilən tender müsabiqəsini qalibi “ATL Tech” MMC (VÖEN – 2002575181) olub.

XəzərNews.az Ekonominfo.az-a istinadla xəbər verir ki, “ATL Tech” MMC “Azərenerji” ASC-yə qurğu və avadanlıqların məlumat bazasının yaradılması, vahid mərkəzdən nəzarət edilə bilməklə idarə edilməsi sistemini satacaq və qarşılığında 778 min 800 manat alacaq.

Məlumat üçün bildirək ki, “ATL Tech” MMC 22.02.2013-cü il tarixində “Nəsimi rayonu, Bülbül pr, ev 105, M12, m. 3” ünvanında dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Əliyev Anar İsmayıl oğludur.

Şirkətin rəsmi veb-saytında qeyd olunur ki, şirkətin 2 həmtəsisçisindən biri fövqəlada hallar nazirinin (FHN) birinci müavini, general-leytenant Rəfail Mirzəyevin oğlu Rəşad Mirzəyevdir. Rəşad Mirzəyev 1988-ci ildə anadan olub. Şirkət təsis olunanda 25 yaşı olub. Mirzəyev öz şəxsi blogunda yazır ki, “ATL Group”-un təsisçisi və icraçı direktorudur. Qrupa “ATL Academy”, “ATL Tech”, “ATL Consulting”, “ATL SMS”, “ATL Trading” və “Əjdaha” fast food (dönər evləri) daxildir. Eyni zamanda bir neçə yerli və xarici start-uplarda partnyordur.

General oğlunun fəaliyyətilə bağlı maraqlı məqamlardan biri də odur ki, onun təsisçisi olduğu “ATL Tech” MMC atasının yüksək vəzifə (birinci müavin) tutduğu nazirlik (FHN) tərəfindən keçirilən tenderlərdə qalib olur.

“ATL Tech” MMC FHN tərəfindən 2021 və 2022-ci illərdə keçirilən ümumi dəyəri 2 milyon 202 min manat olan “ATL Tech” MMC müsabiqəsinin qalibi olub.

Qeyd edək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 11-cı maddəsində “dövlət satınalmalarında maraqların ziddiyyəti”nə dair tələblər yer alıb. Həmin maddənin 13.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma prosedurlarında iştirak edən iddiaçının nümayəndəsi və ya vəzifəli şəxsi ilə birbaşa qohumluğu, qəyyumluq, hamilik və ya övladlığa götürmə, təsisçilik və asılılıq münasibətləri olanların satınalma prosedurlarında iştirakına yol verilmir.

Xəbər 1577 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto

24.03.2025  13:00 

Sabah hava necə olacaq?

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub


BÜTÜN XƏBƏRLƏR +