Ramazan ayının 25-ci günü
Parisdə Novruz qeyd olundu - Foto
Qəzada ölən soydaşımızın yaxınları axtarılır
İmamoğlunun həbsinə görə aksiyalara qoşulmayın... - Müraciət
Ermənidən daha çox ermənilik edən azərbaycanlı kimdir?
İtkin düşmüş üç rəfiqədən daha biri tapılıb.
Sabah hava necə olacaq?
Əli Əhmədova ağır itki üz verib
“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq


08.02.2022  14:42 

Bakıda qanunsuz parklamaların gizli sahibi körün kimdir? - SƏNƏD





A+  A-

Uzun müddətdir, Bakıda qanunsuz fəaliyyət göstərən parkinqlərin kimə məxsus olması bəlli olub.

XəzərNews.az xəbər verir ki, qanunsuz parklama ilə bağlı paytaxtda keçirilən reydlərdən sonra “parkovşiklərin” rəsmi işə qəbulu başlayıb və bu zaman həmin şəxsin kimliyi üzə çıxıb.

Dövlətin bu sahəyə nəzarətindən, cəza tədbirlərinə başlamasından sonra parklamaya nəzarət edənlər "Çinar Avtoparkinq" adlı MMC tərəfindən işə götürülür.

"Çinar Avtoparkinq" MMC-nin (VÖEN 1306356451) hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti ev 5-dir. 17.10. 2019-cu ildə dövlət qeydiyyatına alınan "Çinar Avtoparkinq" MMC-nin nizamnamə kapitalı isə cəmi 10 manat təşkil edir.

Bağlanan əmək müqavilələrindən görünür ki, bu MMC-nin rəhbəri Qocayev Nizami Mehralı oğludur. Nizami Qocayev hər kəsə tanış addır.



O, vaxtilə DİN-in İstintaq İdarəsinin rəisi olub. 1999-cu ildə bir sıra ağır cinayətlərdə ittiham olunaraq, həbs edilib. Ona verilən cəzanın bir hissəsini çəkdikdən sonra dövlət başçısı tərəfindən əfv olunub və bəraət aldıqdan sonra isə yenidən daxili işlər orqanlarına bərpa edilib. 2016-cı ilə kimi İsmayıllının polis rəisi olub. Ondan sonra isə Gəncə şəhəri Ədliyyə Nazirliyi Regional İcra xidmətinin rəisi vəzifəsinə təyin olunub.

Əslində, Bakıdakı parklama yerlərinin Nizami Qocayevə məxsus olmasıyla bağlı informasiya həmişə olub. Lakin bu, heç vaxt rəsmi sənədlə təsdiqlənməyib.



Təqdim etdiyimiz sənəddə isə hər şey açıq şəkildə görünür.

Qeyd edək ki, həmişə narazılıq doğuran parklama məsələsinə rəsmi olaraq Bakı Şəhər İcra Hakimiyyəti nəzarət edib.

Bakı Nəqliyyat Agentliyi (BNA) yarandıqdan sonra isə bu quruma həvalə edilmişdi. Amma illərdir, bu sahədə olan xaosu aradan qaldırmaq mümkün olmayıb. BNA dəfələrlə bəyan edib ki, Bakıda qanunsuz parkinq xidmətləri göstərilir, milyonlarla gəlir əldə edilir, amma aidiyyəti dövlət qurumları buna qarşı heç bir tədbir görmürlər.

Son günlər isə bu sahədə ciddi tədbirlərə başlanılıb./Bakupost.az

Xəbər 1467 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto

24.03.2025  13:00 

Sabah hava necə olacaq?

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub


BÜTÜN XƏBƏRLƏR +