Ramazan ayının 25-ci günü
Parisdə Novruz qeyd olundu - Foto
Qəzada ölən soydaşımızın yaxınları axtarılır
İmamoğlunun həbsinə görə aksiyalara qoşulmayın... - Müraciət
Ermənidən daha çox ermənilik edən azərbaycanlı kimdir?
İtkin düşmüş üç rəfiqədən daha biri tapılıb.
Sabah hava necə olacaq?
Əli Əhmədova ağır itki üz verib
“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq


10.08.2017  13:44 

“Təfəkkür Universiteti bağlanmayıb” - Ali məktəb açıqlama YAYDI





A+  A-

Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti bu ali məktəbin bağlandığı barədə mediada yayılan informasiyaları təkzib edib.
Universitetdən XəzərNews.az-a verilən amıqlamada deyilir:

“Nəzərinizə çatdırırıq ki, 07.08.2017-ci il tarixində tələbələrin bir ali məktəbdən digərinə köçürülmələri ilə bağlı Təhsil Nazirliyində keçirilən tədbir barədə məlumat verən bəzi KİV-lər universitetimizin ünvanına güya bağlanmış və ya keçən ilin oktyabırından fəaliyyəti dayandırılmış kimi yalnış, heç bir hüquqi əsası olmayan ifadələr işlədiblər.
Əfsuslar olsun ki, bu informansiya 08.08.2017-ci il tarixində bəzi mətbu orqanlarda dərc olunub. Bu da öz növbəsində universitetdə təhsil alan tələbələrdə, onların valideynlərində və eləcə də kollektivdə narazılığa səbəb olub. Məsələni araşdırmadan, universitetdən məlumat almadan, belə əsassız informasiyaların verilməsi bizdə təəssüf və təəcüb doğurur.
Əvvəla “Təfəkkür” Universiteti bağlanmayıb və bu barədə universitetin Təsisçilər Şurası heç bir qərar verməyib. Universitetin fəaliyyətinə “Təhsil haqqında” Qanuna uyğun olaraq hüquqi təminat verən Təhsil Nazirliyi tərəfindən verilmiş lisenziyanın müddəti 2020-ci ilədək etibarlıdır və hazırda da qüvvədədir.
Məlumat üçün sizə bildiririk ki, “Təfəkkür” universitetində dərslər və imtahan sessiyası qrafikə uyğun olaraq 5.07.2017-ci il tarixinə kimi davam etmiş, buraxılış dövlət imtahanları isə 20.07.2017-ci ildə başa çatmışdır. Sizcə keçən ildən fəaliyyəti dayandırılmış təhsil müəssisəsi qeyd olunan bu məsələləri necə həyata keçirə bilərdi?
Hesab edirik ki, qanunun aliliyi hamı üçün mütləqdir və hamımız buna əməl etməliyik. Gələcəkdə belə məlumatları yayarkən “Kütləvi İnformasiya Vasitələri haqqında” Qanuna uyğun olaraq məsələni hərtərəfli aydınlaşdırıb, obyektiv məlumat verməyinizi xahiş edirik”.

Xəbər 1538 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto

24.03.2025  13:00 

Sabah hava necə olacaq?

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub


BÜTÜN XƏBƏRLƏR +