Ramazan ayının 25-ci günü
Parisdə Novruz qeyd olundu - Foto
Qəzada ölən soydaşımızın yaxınları axtarılır
İmamoğlunun həbsinə görə aksiyalara qoşulmayın... - Müraciət
Ermənidən daha çox ermənilik edən azərbaycanlı kimdir?
İtkin düşmüş üç rəfiqədən daha biri tapılıb.
Sabah hava necə olacaq?
Əli Əhmədova ağır itki üz verib
“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq


27.04.2017  12:15 

4-cü dəfə evlənən polkovnikin eks-həyat yoldaşı DANIŞDI: “Bizi məhkəmələrdə süründürdü“





A+  A-

Ötən gün özündən 28 yaş kiçik qızla evlənməsi ilə gündəmə gələn 60 yaşlı polkovnik Əzizağa Qənizadənin 2-ci həyat yoldaşı maraqlı açıqlamalar verib.
XəzərNews.az xəbər verir ki, bu barədə Baku.ws-ə danışan Gültamam Qənizadə keçmiş həyat yoldaşının psixoloji problemlərinin olduğunu söyləyib. O, bildirib ki, dəfələrlə xəyanətə məruz qalıb və boşandıqdan sonra keçmiş əri ondan ev və pul tələb edib:

“Biz boşandıqdan sonra mənə və ailəmə hədə-qorxu gəlməyə başladı. Biz atamın mənə verdiyi evdən məcbur qalıb ona 20 min dollar verdik. O, məni iki körpə uşaqla məhkəmələrdə süründürdü. Daha sonra başladı məni başqa cür hədələməyə. Atamın mənə hədiyyə etdiyi iki maşını, torpaq sahəmi əlimdən aldı. Birinci həyat yoldaşından olan oğlunu qoymurdu evə gəlməyə. Hazırda ailə qurduğu qadın Gülşən xanım imkan vermir ki, o, uşaqları ilə görüşsün. Qənizadə mənim uşaqlarımı rədd edir. Uşaqlarına qətiyyən baxmır, onlarla maraqlanmır. Mən ondan heç nə tələb etmirəm. O, oğlu yaşında qızla evlənir. Yalandan deyir ki, guya, biz 10 ildir ayrılmışıq. Halbuki aradan 4 il keçib. Onun birinci həyat yoldaşı çox gözəl insan idi. Onu Qənizadə Əzizağa çox pis günə qoyub. Ondan da ev tələb edib. Nəticədə 20 min dollarlıq kompensasiya alıb. İlk həyat yoldaşı Yeganə xanım 18 yaşlı qızlarının xəstə olduğunu deyirdi və ona müalicəsində köməklik etmək üçün dəfələrlə yalvarırdı. Əzizağa onu cavabında əxlaqsız söyüşlərlə təhqir edirdi. Daha sonra qız dünyasını dəyişdi. Mən onunla ailə qurduqdan sonra onun necə insan olduğunu öyrənmişəm. Mən Bakı Dövlət Universitetinin məzunuyam. Fizika üzrə fəlsəfə doktoruyam, Fizika insitutunda çalışıram”, - deyə Gültamam Qənizadə bildirib.

Xatırladaq ki, ötən gün ehtiyatda olan polkovnik, Hərb Tarixi Muzeyinin rəhbəri Əzizağa Qənizadənin 32 yaşlı qızla evlənməsi xəbəri yayılmışdı. Bunun 4-cü evliliyi olduğu deyilirdi.




Xəbər 2009 dəfə oxunub.



24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto

24.03.2025  13:00 

Sabah hava necə olacaq?

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub


BÜTÜN XƏBƏRLƏR +