11.02.2017 15:02
Slovakiyanın "Jilina" klubunun baş məşqçisi Adrian Qulya komandasının yeni transferi Ramil Şeydayev haqda fikir bildiirb.
XəzərNews.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında Türkiyənin "Trabzonspor" klubunundan icarəyə götürdükləri millimizin üzvü ilə bir müddətdi danışıq apardıqlarını deyib:
"Bildiyiniz kimi, Ramil "Trabzsonspor"da oyun təcrübəsindən əziyyət çəkirdi, kifayət qədər oynamırdı. Buna baxmayaraq, bir neçə klubun diqqətini öz üzərinə cəlb etmişdi. Bizimlə yanaşı bəzi klublar da onu heyətində görmək istəyirdilər. Gənc, istedadlı futbolçularla çalışma fəlsəfəmizə uyğun olaraq, onu komandamıza cəlb etdik. Şeydayevin keçidini həll etdiyimizə görə çox şadam. Ondan gözlədiyimizi alacağımıza inanıram".
Ramil Şeydayev də “Jilina”nı seçdiyinə görə xoşbəxt olduğunu deyib: “Jilina”ya keçdiyim üçün özümü xoşbəxt hiss edirəm. Düşünürəm ki, yaxşı seçim etmişəm. Bu, daim olaraq oynamaq və öz komandama xeyir vermək üçün bir fürsətdir. “Trabzonspor”un heyətindəki slovakiyalı futbolçular – Matuş Bero və Yan Düristlə “Jilina” haqda söhbət etmişəm. Onlar “Jilina”nın böyük klub olduğunu bildirdilər və mənə inandıqlarını söylədilər. Fikrimcə, yeni klubumda müntəzəm şans qazana biləcəm. Ümid edirəm ki, çempionatı hazırda olduğumuz pillədə bitirib, avrokuboklarda kifayət qədər irəliləyəcəyik. Hazırda özümü çox yaxşı hiss edirəm və “Jilina”nın heyətində debütümü səbrsizliklə gözləyirəm”.
Qeyd edək ki, "Trabzonspor"un heyətində keçiridiyi 3 rəsmi oyunda 1 qol vuran Şeydayev "Jilina" ilə 1,5 illik müqavilə imzalayıb.
|
24.03.2025 20:41
24.03.2025 20:36
24.03.2025 18:57
24.03.2025 16:03
24.03.2025 15:54
İmamoğlunun həbsinə görə aksiyalara qoşulmayın... - Müraciət
24.03.2025 14:22
24.03.2025 13:03
24.03.2025 13:00
24.03.2025 12:56
Uşağın ölümündə kimdir günahkar: Mama-ginekoloq, yoxsa Baş həkim?
24.03.2025 10:00
23.03.2025 22:07
23.03.2025 13:19
23.03.2025 13:12
23.03.2025 13:05
23.03.2025 12:14
23.03.2025 11:53
23.03.2025 11:47
23.03.2025 11:37
23.03.2025 10:00
23.03.2025 00:25
23.03.2025 00:16
23.03.2025 00:08
22.03.2025 17:47
22.03.2025 15:55
22.03.2025 14:39
22.03.2025 13:02
22.03.2025 12:25
22.03.2025 11:57
22.03.2025 11:43
22.03.2025 11:30
22.03.2025 11:18
22.03.2025 10:26
22.03.2025 10:00
22.03.2025 09:56
21.03.2025 22:58