İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub


12.06.2017  08:23 

Fransada parlament seçkilərinin qalibi müəyyənləşdi





A+  A-

Fransada keçirilən parlament seçkilərinin birinci turunda ölkə başçısı Emmanuel Makronun “İrəli, Respublika!” hərəkatı qalıb gəlib.
XəzərNews.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə seçkilərin təşkili və keçirilməsi ilə məşğul olan Fransa daxili işlər nazirliyinin məlumatında bildirilir.

Bülletenlərin 95,5 faizinin hesablanmasından sonra mərkəzçi "İrəli, Respublika!" 28,2 faiz seçici səsi toplayıb. Sağ-mərkəzçi “Respublikaçılar” partiyası 15,8 faiz, Marin Le Penin “Milli Cəbhə”si 13,01 faiz, Jan Lyuk Melanşonun "Təslim olmamış Fransa" partiyası 11 faiz, sabiq hakim “Sosialist Partiyası” 7,4 faiz səs toplayıb.

Proqnozlara görə, E.Makronun rəhbərlik etdiyi hərəkat parlamentdə 70% yer tuta bilər. Qeyd edək ki, seçkilərdə seçicilərin cəmi 48,7%-i iştirak edib. Seçkilərin ikinci turu iyunun 18-də keçiriləcək.

Fransa parlamentinin aşağı palatasına – Milli Məclisə seçkilər majoritar sistem üzrə keçirilir, namizədlər birmandatlı dairələrdə seçilir. Birinci turda qələbə qazanmaq üçün hər bir namizəd 50%-dan çox səs toplamalıdır. “Milli Cəbhə” partiyasının lideri Marin Le Pen, "Təslim olmamış Fransa" partiyasının rəhbəri Jan Lyuk Melanşon və Fransanın sabiq baş naziri Manuel Vals seçkilərin ikinci turuna vəsiqə qazan biliblər. Sosialist partiyasının təmsilçisi, sabiq təhsil naziri Benua Amon isə ilk turun nəticələrinə görə mübarizəni dayandırmalı olub.

Xəbər 1227 dəfə oxunub.




22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +