“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir
Əhalinin banklara nə qədər kredit borcu var?
Poltavada ölənlərin sayı 7-yə çatıb, 14 yaralı var
Vəkil Adəm Məmmədovla bağlı 30 minlik İDDİA
Məşhur təşkilatın yarım milyon borcu üzə çıxdı
Seçki bitdi, şikayətlər isə bitmir...
Məntəqədə çəkiliş aparıla bilərmi?
Almaniyanın keçmiş prezidenti öldü


01.02.2025  11:54 

AYNA rəhbərliyi jurnalistlərə trolluq təklif edib?





A+  A-

“Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya departamentinin müdiri Aybəniz İsmaylovanın haqqında yeni iddialar ortaya çıxıb.

Aybəniz İsmaylova bu yaxınlarda Azərbaycanın tanınmış jurnalistlərini “Port Baku”ya dəvət edərək, onlara Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) PR işinin qurulmasında trolluq fəaliyyəti təklif edib.

İddialara görə, Aybəniz İsmaylova bu xidmətin qarşılığında həmin jurnalistlərə yüksək qonorar veriləcəyini vəd edib.

O, bu işlərin görülməsi üçün AYNA rəhbərliyinin də razılığını aldığını söyləyib.



Ancaq söhbət zamanı jurnalistlərdən bir neçəsi Aybəniz İsmaylovanın bu təklifinə etiraz edərək, görüşü yarımçıq tərk ediblər.

Aybəniz İsmaylova “Azərbaycan Dəmir Yolları” QSC ilə yanaşı, AYNA və “Bakı Metropoliteni” QSC-nin də PR-la bağlı tenderlərini ələ keçirməyə çalışırmış./Demokrat.az

Xəbər 1314 dəfə oxunub.




01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +