Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi
Sabah Bakıda yağış yağacaq - Hava
Məhkəmə Ələsgər Məmmədli ilə bağlı qərar verdi
Bu dərmanlar pulsuz olacaq - Açıqlama
Daha bir azərbaycanlı müharibədə həlak oldu
Oğul atasına səkkiz bıçaq zərbəsi endirdi


02.05.2025  17:11 

Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?





A+  A-

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda bəzi dəyişikliklər edilib.

XəzərNews.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) tələbə qəbulu Qaydalarında edilən dəyişikliklərlə bağlı məlumat yayıb.

DİM abituriyentlərin nəzərinə çatdırıb ki, burada əsas dəyişiklik Qaydaların 1.2. 2.3-2. bəndinə əsasən, iştirakçıların hər sessiyada ali təhsil müəssisələrinə imtahanda iştirak üçün qeydiyyatı zamanı I ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və ya ixtisaslara uyğun olan iki altqrupdan birini seçmələri ilə bağlıdır.

"Lakin bir daha diqqətinizə çatdırırıq ki, həm Rİ, həm də RK altqrupu üzrə imtahan vermək istəyən abituriyentlər hər imtahan sessiyasında bir altqrup üzrə seçim etməklə (məsələn, yaz imtahan sessiyasında RK, yay imtahan sessiyasında Rİ) ümumi müsabiqə şərtlərini ödədikləri halda, hər iki altqrupa aid ixtisasları yenə də seçə bilərlər.

Bundan başqa, “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na 1 saylı əlavə “İxtisas qrupları və ixtisaslar” Nazirlər Kabinetinin 2024-cü il 2 dekabr tarixli 503 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı”na uyğunlaşdırılıb. Uyğunlaşdırma zamanı müvafiq ixtisas qruplarına aşağıdakı yeni ixtisaslar əlavə edilib:

I ixtisas qrupu üzrə:

Riyaziyyat-kimya (RK) altqrupuna:

- Riyaziyyat və fizika müəllimliyi;

- Xüsusi rabitə vasitələri mühəndisliyi;

- Kənd təsərrüfatı texnologiyaları;

- Qida texnologiyaları;

- Heyvandarlıq.

Riyaziyyat-informatika (Rİ) altqrupuna:

- Data analitikası;

- Proqram təminatı mühəndisliyi.

III ixtisas qrupunun Dil-tarix (DT) altqrupu üzrə:

- Xüsusi pedaqogika;

- Kommunikasiya və rəqəmsal media;

- Dövlət təhlükəsizliyi və idarəetmə.

IV ixtisas qrupu üzrə:

- Qidalanma və diyetologiya.

V ixtisas qrupu üzrə:

- Adaptiv bədən tərbiyyəsi;

- Kütləvi sağlamlaşdırıcı idman;

- Ümumi fiziki hazırlıq.

“Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişikliklərin tam mətni ilə buradan tanış ola biərsiniz.

Xəbər 3032 dəfə oxunub.




02.05.2025  13:53 

Krıma dron hücumu - Foto


BÜTÜN XƏBƏRLƏR +