Ukraynaya qarşı döyüşən azərbaycanlı yaralandı
SİMA AZAL-ın portalına “paz”dır - ŞİKAYƏT
Mal ətinin maya dəyəri daha ucuza başa gəlir - Dövlət Komitəsi
Kadi “Qarabağ”a QAYIDIR?
Rövşən Mehdiyev həbsdə qaldı
Səməd Vurğunun qohumundan Əlisa Nicata CAVAB: Şizofirenik!
Aqil Abbas üzr istədi: “Haqlısınız, deməməli idim“
DYP sürücülərə müraciət etdi
Gürcüstanda qətlə yetirilən azərbaycanlı ilə bağlı AÇIQLAMA
Sabahın HAVAsı: Yağış yağacaq


07.04.2017  12:48 

Sahibkarlıq subyektlərinin yoxlama qaydaları dəyişəcək





A+  A-

Prezident İlham Əliyevin 20 oktyabr 2015-ci il sərəncamı ilə sahibkarlıq subyektlərində aparılan yoxlamalar 2il müddətinə dayandırılıb. Amma görünən odur ki, bəzi işbazlar dövlət başçısının humanist addımından öz mənfur məqsədləri üçün istifadə etməyə başlayıblar. Ölkə mətbuatında hər gün tirajlanan xəbərlərdə at-eşşək ətlərinin kolbasa-sosiska istehsalına, dönərxanalara, restoranlara verildiyinə dair məlumatlar yayılmaqdadır. Aidiyyatı qurumlar isə sərəncamdan irəli gələn tələblərdən dolayı yoxlama üçün icazələri olmadığını deyir.
Səhiyyə Nazirliyinin Sanitar-Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov açıqlamasında bu məlumatları nə təstiq, nə də inkar edib. O bildirib ki, 2015-ci ilin noyabrından etibarən qurum tərəfindən heç bir kolbasa sexində və dönərxanalarda yoxlamalar aparılmır.

Yaranmış vəziyyətdən sui-istifadə hallarını aradan qaldırmaq üçün 2017-ci il martın 17-də Prezident İlham Əliyev "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə mühüm fərman imzalayıb.
Fərmana əsasən, dövlət qurumları yalnız müvafiq reyestrdə qeyd aparmaqla, hətta KİV-də dərc olunmuş materiallar əsasında da yoxlamalar apara biləcəklər. Lakin reyestrdə qeyd olunmayan hər hansı bir yoxlamanın hüququ əsası olmayacaq.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib ki, sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması məsələsi gündəmdədir:
“Bu məsələyə yenidən baxılması gözlənilir. Çünki cənab Prezident tərəfindən verilən sərəncamda bütün yoxlamaların 2 illik dayandırılması göstərilib. Mənim aldığım məlumata görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi qida məsələlərilə bağlı ölkə başçısına müraciət edəcək. Qida sahəsində çox diqqətli olmalıyıq. Yəqin ki, mətbuatda yazılan narahatlıq doğuran məqamlarla bağlı aidiyyatı qurumlar tərəfindən addımlar atılacaq”.

(modern.az)

Xəbər 1868 dəfə oxunub.




04.02.2025  17:32 

Kadi “Qarabağ”a QAYIDIR?

04.02.2025  17:00 

Rövşən Mehdiyev həbsdə qaldı

04.02.2025  15:37 

DYP sürücülərə müraciət etdi

04.02.2025  14:41 

Sabahın HAVAsı: Yağış yağacaq


BÜTÜN XƏBƏRLƏR +