Gəncədə bütün Şəhid plakatları və şəkilləri söküləcək?
Onlar azadlığa buraxılacaqmı? - Bu gün məhkəmədir
İlham Əliyev CGTN telekanalına müsahibə verib
Zelenski ilə razılaşmaq məcburiyyətindəyik - Tramp
Gündə min günah yuyuram! - Əli Hacı Ağaevli
Flora Kərimovanın səsi batdı
Sabiq nazirin ailəsinin 55 min dolları və 156 qızılı oğurlanıb
Aİ-nin monitorinq missiyası İranla birlikdə Azərbaycana qarşı... – Politoloq
Azərbaycanlı tələbələr ermənilərə imkan vermədi - ABŞ-də
Ermənistan dezinformasiya yayıb - Rəsmi


23.04.2025  19:32 

Prezidentin Çinə səfərində 4 mühüm məqam – Tarixi həmlələr





A+  A-

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasında səfərdədir. Səfər aprelin 22-dən 24-dək davam edəcək. Onu da deyim ki, ölkə başçısını Çin Xalq Respublikasının sədri Si Szinpin dəvət edib.

İki ölkə 33 ildir, diplomatik münasibətlər qurub, əməkdaşlıq edir. Azərbaycan-Çin əlaqələri son illərdə xüsusilə inkişaf edib. Bu həm rəsmi Pekinin Bakıya artan marağı, həm üst-üstə düşünən regional geosiyasi planlar, həm də Azərbaycanın Asiya bazarına çıxmaq istəyindən qaynaqlanır. Sevindiricidir ki, hər iki ölkə bir-birini etibarlı və faydalı strateji tərəfdaş kimi nəzərdən keçirir.

Bundan başqa, iki ölkə arasında qarşılıqlı siyasi etimad var. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” imzalanıb.

Ölkə başçısının Çinə səfəri bir çox baxımdan diqqət çəkir:

Birincisi, Azərbaycanla Çin arasında viza rejimi ləğv edilib. Bu, Azərbaycanın Asiya bazarına çıxması, regionu yaxından tanıması və yeni əməkdaşlıqlar qurması baxımından mühümdür. Asiya bazarı Bakı üçün xüsusilə geniş perspektiv vəd edir. Azərbaycan Avropa ilə enerji sahəsində geniş əməkdaşlıq etsə də, bu həm də alternativsizlik baxımından risklər yaradır. Bakının Çin və Asiya bazarına enerji ixrac etməsi gələcəkdə Qərblə enerji əməkdaşlığında yaşanacaq problemləri bloklaya bilər.

Azərbaycan özü də Çin üçün geniş fürsətlər deməkdir. Xüsusilə işğaldan azad edilən ərazilərin bərpası üçün xarici investisiyanı Çin qarşılaya bilər. Viza rejiminin ləğvi ümumi prosesin gedişatında təkanverici olacaq.

İkincisi, Naxçıvan şəhəri ilə Çinin Sincan-Uyğur Muxtar Rayonunun Urumçi şəhəri qardaşlaşdı. Sirr deyil ki, Çində uyğurlara qarşı müəyyən etnik diskriminasiya var. Bu baxımdan Bakının uyğurlarla da mədəni əlaqələri inkişaf etdirməsi mümkündür.

Üçüncüsü, Azərbaycan Prezidenti bir daha Çinin ərazi bütövlüyünü tanıdığını qeyd edib.

Əslində, bu yeni bir şey deyil. Çin bu günə qədər Azərbaycanın haqq işində yanında olub, Qarabağ məsələsində dəstəyini ifadə edib. Azərbaycan Tayvan münaqişəsinin dinc yolla beynəlxalq hüquq əsasında həllini dəstəkləyib. Başda ABŞ olmaqla bir çox ölkə Tayvanın müstəqilliyini tanımır.

Dördüncüsü, Szinpin Prezident İlham Əliyevi Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Çində keçiriləcək Zirvə Toplantısına və bu çərçivədə təşkil olunacaq bir sıra təntənəli tədbirlərə dəvət edib.

Çin həm ŞƏT, həm də BRİKS çərçivəsində Bakı ilə əməkdaşlıqda maraqlıdır. Aydın məsələdir ki, belə təşkilatlara inkişaf etməkdə olan ölkələr dəvət edilir. Çin Azərbaycanın həm regional, həm daxili bazar, həm də enerji resursları kontekstində potensialını bilir. Hesab edirəm, buna görə hər iki təşkilat fonunda əməkdaşlığı inkişaf etirməkdə maraqlıdır.

Turan Rzayev
Politoloq


Xəbər 214 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +